Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:53

«Mən heç vaxt uşaq olmamışam»


Qənirə Paşayeva ilə söhbət, 29 avqust 2006
Qənirə Paşayeva ilə söhbət, 29 avqust 2006

O, qarşısına qoyduğu məqsəddən asanlıqla əl çəkən adamlardan deyil. İxtisasca həkim olsa da Azərbaycan cəmiyyəti onu jurnalist kimi tanıyıb. Lap yaxın keçmişdə jurnalist kimi fəaliyyət göstərən bu xanım indi millət vəkili, Azərbaycanın Avropa Şurasındakı nümayəndə heyətinin üzvü, Heydər Əliyev Fondunda departament rəhbəridir. Beləliklə, «Tanınmışlar»ın qonağı deputat Qənirə Paşayevadır.


O, Tovuzda Düzqırıxlı kəndində bəy nəslindən olan ailədə böyüyüb boya-başa çatdığını deyir. Söyləyir ki, həmişə nəslinin daşıdığı adın məsuliyyətini hiss edib. Adını isə əmisi qoyub - ancaq onun uşaqlıqdan adından xoşu gəlməyib... «Bir gün atam mənə yazıçı Firudin Ağayevin «Mən uşaq olmamışam» adlı kitabını gətirdi, orada baş qəhrəmanın adı Qənirə idi. Sanki o kitabın adı mənim üçün yaranıb. Mən doğurdan da heç vaxt uşaq olmamışam: 5 yaşımda məktəbə getmişəm, eyni zamanda musiqi məktəbinə getmişəm, şahmatı öyrənmişəm. Atam çox tələbkar idi… «Heç kəs deyə bilməz ki, mənim atam haram tikə yeyib. Aldığı pul da çox vaxt kasıb-kusuba gedərdi».


Jurnalistika sahəsində çalışdığı dövrdə heç də hər şey onun üçün rahat olmayıb, başqa sözlə desək problemlər həmişə olub. «Elə vaxt olub ki, mən ANS-də «İç xəbər» proqramına rəhbərlik edəndə səhər saat 9-da iclasda olmuşam, evə axşam saat 3-ün yarısında getmişəm. Hətta əsəb sistemindəki xəstəliyimlə əlaqədar bir ay «Respublika» xəstəxanasında yatmışam. Yəni bütün bunların hamısı gərgin zəhmət bahasına başa gəlib».


«Mən düşünürəm ki, jurnalistikada karyera ola bilməz. Var yaxşı jurnalist, işinin öhdəsindən gələn və ya pis jurnalist-bunların hamısı istedadla bağlıdır».


«Tanınmaq jurnalistikada doğurdanmı etalon hesab edilməlidir?»


«Tanınmaq çox müsbət cəhətdir. Baxır necə tanınmaq», «…Əyləncə yerlərinə heç vaxt getmirəm. Yalnız çox yaxın adamlarımın toylarına gedirəm, orada da çox az oturam…»


«Səbəb nədir?»


«Mən ümumiyyətlə əyləncəni sevmirəm. Evdə televizorda sevdiyim filimə baxmağa, kitab oxumağa daha çox üstünlük verirəm».


«Heydər Əliyev Fondunda işləmək eyni zamanda ölkənin birinci xanımı ilə işləmək deməkdir. Nə dərəcə də işləyə bilirsiniz?»


«Mən çox şadam ki, mən Mehriban xanımla işləyirəm. Heydər Əliyev Fondu şikəst və talasimeyalı uşaqlar üçün, internat məktəblərinin avadanlıqlarla təmin etmək üçün layihələr həyata keçirir. Mehriban xanım YUNESKO-nun xoşməramlı səfiri kimi muğamı Azərbaycanın mirası kimi təqdim edib. Hazırda saz musiqisi ilə bağlı, Qobustan dövlət qoruğunun YUNESKO -nun siyahısına düşməsi ilə bağlı işlər gedir. Bunlar çox böyük işlərdir, mən də çox şadam ki, Heydər Əliyev Fondunda bir işin qulpundan yapışıram».


QƏNİRƏ PAŞAYEVA İLƏ ƏTRAFLI SÖHBƏTİ DİNLƏYİN


XS
SM
MD
LG