Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 12:56

«525-ci qəzet»: «Qarabağda od dəyməmiş torpaq qalmayıb»


«Bakı-Xəbər» qəzetinin əməkdaşı sentyabrın 7-də Ukrayna prezidenti Viktor Yuşşenkonun Azərbaycana başlanacaq ilk rəsmi səfərini şərh edib. Müəllif Ukrayna prezidenti Mətbuat Xidmətinin rəhbəri İrina Geraşenkonun mediaya verdiyi açıqlamaya istinadən yazır ki, səfər zamanı iqtisadi ticarət sahəsində, həmçinin, enerji təhlükəsizliyi və enerji layihələri mövzusunda əməkdaşlığın perspektivləri barədə müzakirələr aparılacaq. Xanım Geraşenkonun sözlərinə görə, Ukrayna və Azərbaycan arasında əməkdaşlığın vacib istiqamətlərindən biri Xəzər neftinin ixracı üçün «Bakı-Supsa-Odessa-Brodı-Plotsk» marşrutunun yaradılmasıdır. Viktor Yuşşenkonun İlham Əliyevlə əsas etibarilə, məhz bu səpkidə müzakirələr aparacağı vurğulanır. Sözügedən layihənin reallaşmasının Ukrayna üçün hansı praktiki əhəmiyyət daşımasına gəlincə, ekspertlər daha çox bunu rəsmi Kiyevin Rusiyadan enerji asılılığının əhəmiyyətli dərəcədə azalacağı ilə izah edirlər.


«525-ci qəzet» dəki «Qa­ra­bağ­da od dəy­mə­miş tor­paq qal­ma­yıb» başlıqlı məqalədə bildirilir ki, Eko­lo­gi­ya və Tə­bii Sər­vət­lər Na­zir­li­yi­nin yer­li təş­ki­lat­la­rı­nın apar­dı­ğı mü­şa­hi­də­lə­rə əsa­sən, ca­ri ilin iyun-av­qust ay­la­rı ər­zin­də Ermənistan tə­rə­fin­dən tə­mas xət­tin­də yer­lə­şən Ağ­dam, Fü­zu­li, Cəb­ra­yıl, Tər­tər, Xo­ca­vənd, Qa­zax, Ağs­ta­fa və To­vuz ra­yon­la­rı­nın əra­zi­lə­ri od vu­ru­la­raq yan­dı­rı­lıb. Top­lan­mış ma­te­ri­al­lar gös­tə­rir ki, iki ay müd­də­tin­də da­vam edən yan­ğın­lar nə­ti­cə­sin­də Ağ­dam ra­yo­nu­nun iş­ğal al­tın­da olan Yu­sif­can­lı, Nov­ruz­lu, Bağ­ban­lar, Say­ba­lı, Sa­rı­ca­lı və Baş Qər­vənd kənd­lə­ri ta­ma­mi­lə yan­dı­rı­lıb. Nazirliyin Mət­bu­at Xid­mə­tin­dən bil­di­rib­lər ki, alov ra­yo­nun Şıx­ba­ba­lı, Mər­zi­li, Xı­dır­lı və Göy­tə­pə kənd­lə­ri­nin əra­zi­lə­ri­nə də ke­çə­rək ot­laq və bi­çə­nək­lə­ri məhv edib.


«Şərq» qəzetindəki «Dün­ya ye­ni mü­ha­ri­bə ərə­fə­sin­də­dir» başlıqlı məqalədə bildirilir ki, ha­zır­da «qa­ra bu­lud­lar» Azər­bay­ca­nın sər­həd qon­şu­su olan İra­nın ba­şı üzə­rin­də top­lan­maq­da­dır. ABŞ-İran qar­şı­dur­ma­sı ar­tıq son həd­də­cən də­rin­ləş­miş ki­mi gö­rü­nür. Ona gö­rə də hər an bu iki döv­lət ara­sın­da sa­va­şın baş­la­ya bi­lə­cə­yi is­tis­na olun­mur. Rəs­mi Teh­ra­nın dav­ra­nış­la­rı­nın isə bu sa­vaş təh­lü­kə­si­nin zə­rər­siz­ləş­di­ril­mə­si is­ti­qa­mə­ti­nə yö­nəl­di­yi­ni id­dia et­mək çox çə­tin­dir. Müəllif yazır ki, Ağ Ev və onun ən ya­xın müt­tə­fiq­lə­ri rəs­mi Teh­ra­nı İra­na qar­şı bey­nəl­xalq sank­siyala­rın tət­biq olu­na bi­lə­cə­yi ilə hə­də­lə­mə­yə baş­la­yıb. Hal­bu­ki de­yə­sən, İran heç bu hə­də­lə­rə də cid­di əhə­miy­yət ver­mə­yə ha­zır­laş­mır. Ək­si­nə, rəs­mi Teh­ran öz əsas bey­nəl­xalq rə­qi­bi­ni - ABŞ-ı nü­fuz­dan sal­maq məq­sə­di­lə müx­tə­lif va­si­tə­lər­dən ya­rar­lan­ma­ğa ça­lı­şır.


XS
SM
MD
LG