Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:15

«Barmek» əməkdaşlarının məhkəməsi sentyabrın 13-nə təyin olundu


Sentyabrın 5-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Barmek» şirkətinin 6 əməkdaşının məhkəməsinə hazırlıq iclası keçirildi. Şirkətin enerji idarəsinin rəisi Ələsgər Ramazanov, onun müavini Rahib Musayev, sayğac quraşdırma idarəsinin rəisi Elnur Mütəllibov, onun müavini Firudin Ağayev və baş mühəndislər Əhliman Mahmudovla Asəf Əkbərov dövlət əmlakını mənimsəməkdə və vəzifə səhlənkarlığında ittiham olunurlar. İstintaq materiallarında göstərilir ki, işdə yol verdiyi nöqsanlar nəticəsində onlar «Azərenerji» Səhmdar Cəmiyyətinə 45 min manatdan artıq ziyan vurublar. İstintaq «Azərenerji»ni zərərçəkən kimi tanıyıb.


İttiham olunanların vəkilləri isə müdafiə etdikləri şəxslərin təqsirsiz olduqlarını deyirlər. Bugünkü məhkəmə prosesində müdafiə tərəfi bildirdi ki, onlar kimlərinsə göstərişi əsasında həbs olunublar. Vəkillər müttəhimlər haqqındakı həbs-qətimkan tədbirinin dəyişdirilməsiylə bağlı vəsatət versələr də onların bu vəsatəti təmin olunmadı.


Məhkəmə prosesi sentyabrın 13-nə təyin olundu. «Barmek» şirkətinin digər 7 əməkdaşının işiylə bağlı istintaq isə davam edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG