Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:27

Rasim Əkbərovun azad olunması üçün prezidentə müraciət olunub


Sentyabrın 4-də İşgəncələrə Qarşı Azərbaycan Komitəsi 1 saylı islah əmək müəssisəsində cəza çəkən keçmiş briqada komandiri Rasim Əkbərovun azadlığa buraxılması xahişi ilə prezident İlham Əliyevə müraciət edib. Komitənin sədri, Elçin Behbudov deyir ki, o iki gün əvvəl cəzaçəkmə müəssisəsində Rasim Əkbərovla görüş zamanı onun sağlamlığında ciddi problemlərin yarandığını gördükdən sonra dövlət başçısına müraciət etmək qərarına gəlib: «Hazırda Rasim Əkbərov sərbəst gəzə bilmir, ürəyin infarktı, təzyiqinin qeyri-sabit olması və damarlarında keçilməzlik xəstəlilikləri var. Onun hər dəqiqəsinin ölümlə nəticələnə biləcəyini həkimlər də təstiqləyir».


Müraciətin sonunda prezidentdən Rasim Əkbərovun xəstəliyi, cəzasının yarısını çəkməsini və o cümlədən keçmiş xidmətləri nəzərə alaraq onun azadlığa buraxılmasına köməklik göstərilməsi xahiş olunur. Bir neçə gün əvvəl bəzi hüquq müdafiəçiləri də Rasim Əkbərova baş çəkmiş, onun səhhətinin pisləşdiyini bildirmişdilər.


Rasim Əkbərov 2000-ci il fevralın 8-də dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs edilib. Keçmiş briqada komandiri Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmənin hökmü ilə 15 il azadlıqdan məhrum edilib.


Günün bütün mövzuları

XS
SM
MD
LG