Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:11

«Şərq-Qərb» Beynəlxalq Kinofestivalına start verildi


Festivalın açılış mərasimi Heydər Əliyev adına Sarayda "Əlvida Cənub Şəhəri" filminin nümayişilə oldu

Festivalın açılış mərasimi Heydər Əliyev adına Sarayda "Əlvida Cənub Şəhəri" filminin nümayişilə oldu

Sentyabrın 4-də Bakıda səkkizinci «Şərq-Qərb» Beynəlxalq Kinofestivalına start verildi. Festivalın açılış mərasimi Heydər Əliyev adına Sarayda rejissor Oleq Cəfərəliyevin ötən il çəkdiyi "Əlvida Cənub Şəhəri" filminin nümayişilə oldu. Sentyabrın 9-a qədər davam edəcək kinofestivalda 20 ölkənin nümayəndəsi iştirak edir. Altı gün ərzində «Azərbaycan» kinoteatrında 13 film göstəriləcək. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi və «Şərq-Qərb» Beynəlxalq kinofestivalının baş direktoru Abbas Əliyevin dediyinə görə, əvvəl festivalın iki gününün Quba və Şamaxı rayonlarında keçirilməsi nəzərdə tutulsa da, sentyabrın əvvəllərinin isti keçəcəyi məlum olandan sonra bu səfərlər təxirə salınıb.


Budəfəki «Şərq-Qərb» kinofestivalına Mədəniyyət və Turizm Nazirliyindən hər hansı yardım edilməyib, sadəcə həmin tədbirdə nazirlik nümayəndələri qonaq qismində iştirak edəcəklər. Mədəniyyət və Turizm Nazirliyinin Mətbuat Xidmətindən İntiqam Hümbətovun «Azadlıq» radiosuna verdiyi məlumata görə, budəfəki tədbir Kinematoqrafçılar İttifaqının öz layihəsidir.


Azərbaycanda «Şərq-Qərb» festivalı 1996-cı ildə keçirilməyə başlayıb və artıq ənənə halını alıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG