Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:04

Texnikumlara sənəd qəbulunun ikinci mərhələsi başlanır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası [TQDK] sentyabrın 4-dən 9-dək orta təhsil bazasından [11 illik] 2006-2007-ci tədris ili üçün dövlət və qeyri-dövlət orta ixtisas məktəblərinə sənəd qəbulunun ikinci mərhələsinə başlayır. TQDK-nın ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, abituriyentlər sənədlərini orta ixtisas təhsili məktəblərində yaradılmış Sənəd Qəbulu Komissiyalarına təqdim etməlidirlər. Onlar ərizələrində seçdikləri qrupa daxil olan müxtəlif texnikumların ixtisaslarını göstərə bilərlər.

Abituriyentlər SQK-na aşağıdakı sənədləri təqdim etməlidirlər: orta təhsil haqda sənədin əsli, şəxsiyyət vəsiqəsi (16 yaşı 2006-cı il avqustun 1-dək tamam olmayanlar doğum haqqında şəhadətnamənin əsli);hamısı eyni olmaq şərtilə yeni çəkilmiş 3x4 ölçüdə 4 fotoşəkil.


Xüsusi qabiliyyət tələb edən ixtisaslar ixtisaslar siyahısında ulduz «*» işarəsi ilə qeyd olunmuşdur. Bu ixtisasları seçən abituriyentlər:


- sentyabrın 4-dən 7-dək seçdikləri xüsusi qabiliy­yət tələb edən ixtisasların aid olduğu texnikum­la­rın hər birində qabiliyyət imtahanında iştirak etməli;
- sentyabrın 9-dək qabiliyyət imtahanı verdiyi texnikumlardan birində ərizə forması doldurmalı­dırlar.


Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, müvafiq qrup daxilində digər ixtisasların da kodlarını seçmək imkanı verilir Qabiliyyət imtahanının nəticələri “məqbul” və ya “qeyri-məqbulla” qiymətləndirilir.


Qabiliyyət imtahanından “qeyri-məqbul” alan abituriyentlər ərizələrində yalnız xüsusi qabiliyyət imtahanı tələb etməyən ixtisasları göstərə bilərlər.


Orta ixtisas məktəblərinin siyahısı, qəbul qaydaları, elanı, «Abituriyentin ərizəsi» formasının doldurulma qaydası, ixtisas kodları «Abituriyent» jurnalının 9-cu sayında dərc olunmuşdur. Orta ixtisas məktəblərinə sənəd qəbulu ilə bağlı məlumatlarla TQDK-nın İnternet saytından tanış olmaq mümkündür.


XS
SM
MD
LG