Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:57

«Azərbaycanın Livana qoşun göndərməsi haqda danışmaq hələ tezdir»


Azərbaycan sülhməramlıları İraqa yola düşür, mart 2003

Azərbaycan sülhməramlıları İraqa yola düşür, mart 2003

Yaxın Şərqdəki sülh proseslərində iştirak etmək üçün Azərbaycan sülhməramlılarının Livana göndərilib-göndərilməyəcəyi haqqında danışmaq hələ tezdir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov jurnalistlərlə söhbətində bildirib ki, bu məsələ hələ gündəlikdə yoxdur:


«İlk növbədə bu məsələ ciddi araşdırılmalıdır. Yəni hansı mandatla göndəriləcək, harada yerləşdiriləcək? Suallar çoxdur, ilk əvvəl bu suallara cavab tapılmalıdır. Sonra isə bu məsələ qanunvericiliyə görə, parlamentdə təsdiq edilməlidir. Bundan əvvəl isə Xarici İşlər Nazirliyində ciddi araşdırma aparılmalıdır».


Elmar Məmmədyarov Qars-Axalkalaki dəmiryolunun tikintisindəki iştirakla bağlı Qazaxıstanla danışıqlar aparıldığını, hesablamalara görə, yolun iki il ərzində tikiləcəyini də bildirib. Bu məsələlərlə bağlı məsləhətləşmələr üçün o, yaxın vaxtlarda Asiya ölkələrinə gedəcəyini deyib.


Elmar Məmmədyarov Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşü haqqında razılıq əldə olunmadığını, bu haqda danışıqların getdiyini bildirib. Nazir cəbhə xəttindəki yanğınların monitorinqiylə bağlı beynəlxalq təşkilatlarla danışıqların davam etdiyini də əlavə edib.


Günün bütün mövzuları

XS
SM
MD
LG