Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:00

İranın Məşəd şəhərində enmə zamanı təyyarə yanıb, azı 80 nəfər həlak olub


İranın dövlət televiziyası xəbər verir ki, ölkənin şimal-şərqindəki Məşəd şəhərində enmə zamanı TU-154 təyyarəsində yanğın baş verib, təyyarədə olan 140 nəfərdən azı 80-i həlak olub. Rusiyada istehsal edilən təyyarə İranın cənubundakı Bandar-e-Abbas şəhərindən uçurdu. İran Hava Yolları şirkətinin prezidenti Mehdi Sadeqi deyir ki, qurbanların dəqiq sayı məlum deyil, çünki onlar müxtəlif xəstəxanalara aparılıb. Cənab Sadeqi bildirir ki, insidentin səbəbləri araşdırılacaq: «İran Mülki Aviasiya Təşkilatının ekspertlərindən ibarət qrup yaradılıb və onlar bu qəzanın səbəblərin araşdırıb açıqlayacaqlar».


İran televiziyasının ilkin versiyasına görə, təyyarə enəndə təkəri partlayıb bu da yanğına səbəb olub. İranın mülki Aviasiya təşkilatının rəhbəri Nürulla Rza Niarakkinin sözlərinə görə, ola bilsin, pilot səhvə yol verib, bu da qəzaya gətirib çıxardıb.


XS
SM
MD
LG