Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:24

Magistraturada boş qalan yerlərə sənəd qəbulu başlanır


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin magistratura pilləsinə qəbulda boş qalan yerlərə əlavə yerləşdirilmə aparılması üçün ərizə qəbuluna başlayır. Bu ilin iyul ayında keçirilən imtahanda 50-dən yuxarı bal toplayan bakalavrlar boş yerləri tutmaq üçün sentyabrın 1-dən 5-dək TQDK-na müraciət edə bilərlər. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadənin sözlərinə görə, humanitar sahədə boş yer qalmayıb. Magistraturaya əlavə yerləşdirmə əsasən neft-qaz və təbiət elmlər sahəsindəki ixtisaslar üzrə aparılacaq. Ali məktəblərdə boş qalan yerlərin siyahısının sentyabrın 2-də açıqlanması nəzərdə tutulur.


Magistraturaya imtahan bu ilin iyul ayının 23-də keçirilib, 4360 magistr yeri uğrunda 10343 bakalavr təhsilli tələbə mübarizə aparıb və onlardan 2701-i ölkənin ali məktəblərinin magistr pilləsində təhsil almaq şansı qazanıb. 1500-dən çox magistr yeri isə boş qalmışdı.


XS
SM
MD
LG