Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:01

Azad sözü müdafiə ilə bağlı kampaniya başlanır


«Azadlıq» bloku və hüquq müdafiəçiləri söz azadlığı uğrunda birgə kampaniyaya başlayır
«Azadlıq» bloku və hüquq müdafiəçiləri söz azadlığı uğrunda birgə kampaniyaya başlayır

Dörd müxalifət partiyasının birləşdiyi «Azadlıq» bloku və hüquq müdafiəçiləri söz azadlığı uğrunda birgə kampaniyaya başlayır. Sentyabrın 1-də blokun, hüquq müdafiəçilərinin və beynəlxalq qurumların iştirakı ilə keçirilən dəyirmi masada Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus müxalifət mətbuatına təzyiqlərin gücləndiyini bildirdi. Hüquq müdafiəçisinin qənaətincə, əgər yaxın günlərdə genişmiqyaslı kampaniya başlamasa, söz azadlığı daha da məhdudlaşacaq. Çünki artıq bir jurnalist öldürülüb, biri şikəst olunub, başqaları isə həbs edilib: «Biz yaxınlarda mətbuatın müdafiəsinə qalxmasaq, ölkədəki digər problemlər haqqında yalnız mətbəxdə danışa biləcəyik. Və onda deyəcəyik ki, Azərbaycanda yaşamaq necə də çətindir».


Azərbaycanda söz azadlığı ilə bağlı vəziyyətin pisləşdiyini beynəlxalq qurumlar da bildirir. Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsinin Avropa və Orta Asiya proqramı üzrə əlaqələndiricisi Nina Oqnyanova «Azadlıq» radiosuna açıqlamasında bildirib ki, Azərbaycanda jurnalistlər tənqidi yazılarına görə, cinayət məsuliyyətinə cəlb olunur. AŞ PA-nın Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelsə ölkədə söz azadlığının durumunu Belorus ilə müqayisə edir.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG