Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:31

«Gündəlik Azərbaycan»: «Hidayət Orucov radikal dini qüvvələrin adını niyə çəkmir?»


«Şərq» qəzetindəki «İq­ti­dar da, mü­xa­li­fət də ATƏT-in qə­ra­rı­nı qə­bul et­mir» başlıqlı məqalədə bildirilir ki, ATƏT-in Ba­kı Ofi­si­nin «Sər­bəst top­laş­maq azad­lı­ğı haq­qın­da» qa­nu­na dü­zə­liş­lər edil­mə­si mə­sə­lə­si­nə dair ide­ya­sı həm mü­xa­li­fət, həm də iq­ti­dar dü­şər­gə­si tə­rə­fin­dən bir­mə­na­lı qar­şı­lan­ma­yıb. Adı çəkilən qa­nu­nun çox­dan qə­bul olun­du­ğu­nu və bu sə­nə­din ol­duq­ca mü­kəm­məl ol­du­ğu­nu bil­di­rən AXC­P səd­ri­nin müa­vi­ni Nu­rəd­din Məm­məd­li­yə ATƏT-in Ba­kı Ofi­si­nin ye­ni tək­lif­lə­ri mə­lum ol­ma­sa da, o, de­yir ki, in­di­ki hal­da bu qa­nun­da də­yi­şik­lik et­mə­yə eh­ti­yac yox­dur. «Prob­lem qa­nun­da de­yil, onun ic­ra­sın­da­dı», - de­yən par­ti­ya funk­sio­ne­ri ATƏT-in Ba­kı Ofi­si tə­rə­fin­dən da­ha mü­tə­rəq­qi ide­ya­la­rın irə­li sü­rül­mə­si­ni də müm­kün sa­yır. YAP-ın ic­ra­çı ka­ti­bi­nin müa­vi­ni, mil­lət və­ki­li Mü­ba­riz Qur­ban­lı isə, Ba­kı Ofi­si­nin rəh­bə­ri­nin bir­dən-bi­rə ni­yə bu mə­sə­lə­ni or­ta­ya at­dı­ğı­nı an­la­ma­sa da, de­yir ki, əla­və və dü­zə­liş­lə­ri an­caq Mil­li Məc­lis edə bi­lər.


«Bakı-Xəbər» qəzeti xəbər verir ki, Rusiya son dövrlər yenidən Xəzərdə hərbi potensialını gücləndirməyə başlayıb. Bununla yanaşı, Moskva Xəzərdə yeni hərbi təlimlər keçirməklə, burada əsgəri baxımdan əsas söz sahibi olduğunu da nümayiş etdirməyə çalışır. Müəllif xatırladır ki, bir neçə gün əvvəl Xəzərdə «Rubej-2006» şərti adı ilə Rusiyanın dənizdəki donanmasının müxtəlif bölmələrinin təlimləri keçirilib. Rusiya Hərbi Donanmasının Xəzər bölməsinin komandanı kontr-admiral Viktor Kravçuk təlimlərin əsas məqsədinin Xəzərdə terrorçuluğun qarşısının alınması, qeyri-leqal ticarətə, o cümlədən, narkotik alverinə yol verməmək, regionun bioresurslarını qorumaq olduğunu bildirib. Bununla yanaşı, cənab Kravçuk ölkəsinin NATO-nun Xəzərə gəlişində maraqlı olmadığını da açıq şəkildə etiraf edib. Ekspertlərə görə isə, Moskvanın Xəzərdə hərbi qüdrətini artırması, sahilyanı ölkələrdən ibarət əsgəri birləşmə yaratmaq istəyinin arxasında duran digər məqsəd, həm də, Qərb şirkətlərinin gözündə Xəzərin təhlükəli obrazını yaratmaqdır.


«Gündəlik Azərbaycan» qəzetindəki «Hidayət Orucov radikal dini qüvvələrin adını niyə çəkmir?» başlıqlı məqalədə bildirilir ki, Azərbaycanda dini radikalizmin getdikcə güclənməsi artıq heç kəsə sirr deyil. Bunu Bakı küçələrində bir-iki saat müşahidə aparmaqla da müəyyən etmək mümkündür. Son vaxtlar vəhhabi təriqətçilərinin də sayı sürətlə artır. Bunun səbəbi bəzən Qərbin Azərbaycanda demokratik seçki keçirilməsinə ciddi dəstək verməməsi ilə izah olunur. Müəllif yazır ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yeni sədri Hidayət Orucov da ölkədə radikal dini qüvvələrin olduğunu və onların dindən siyasi məqsədlər üçün istifadə etmək istədiklərini etiraf edir. Onun sözlərinə görə, indiyə kimi dindarların təhsili, dini maarifçilik işinin aşağı olması, dini ədəbiyyatların ölkəyə gətirilməsinə məsuliyyətsiz yanaşma, bəzi dini qurumların Konstitusiyaya zidd addımlar atması və hakimiyyəti zorla dəyişməyə cəhd etməsi kimi problemlər öz həllini tapmayıb. Göründüyü kimi, H.Orucov təhlükəli dini qüvvələrin varlığını, hətta onların dövlət üçün təhlükəliliyini inkar etmir. Bəs həmin qüvvələr hansılardır və onlar kimlər tərəfindən himayə olunur? Cənab Orucov bu barədə susur.


«Yeni Müsavat» qəzetinin əməkdaşı yazır ki, Türkiyə hökuməti PKK terrorunun qarşısını almaqda açıq-aşkar acizlik nümayiş etdirir. Terror xüsusilə son günlərdə Türkiyənin turizm bölgələrini hədəfə almaqla həm insanların həyatına son qoyur, həm də ölkənin iqtisadiyyatına zərbə vurur. Hökumətsə hələlik yalnız toplantılar keçirmək və bəyanatlar verməklə kifayətlənir. PKK-nın hücumlarının Türkiyə hökumətini küncə sıxışdırdığı artıq göz önündədir. Qərb mətbuatı və bir sıra analitiklər də hesab edirlər ki, Türkiyənin yeganə yolu Şimali İraqdakı PKK düşərgələrinə, xüsusilə Kandil dağına hücum etməkdir.


XS
SM
MD
LG