Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Monitorinq zamanı nə çöl, nə də ev quşlarında «quş qripi» tapılmayıb


Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Xidmətinin (DBX) məlumatına görə, avqustun 21-dən 25-dək aparılan monitorinq zamanı nə çöl, nə ev quşlarında «quş qripi» tapılmayıb. DBX-nin Mətbuat Xidmətinin rəhbəri Yolçu Xanəli deyir ki, milli qoruqlarda, həmçinin dəniz sahili zonada seçmə üsulla ovlanmış 36 çöl quşundan, eləcə də ayrı-ayrı quşçuluq təsərrüfatları və şəxsi həyətlərdən götürülmüş 2214 nümunələr Bakıda yeni alınmış xüsusi laboratoriyada müayinə olunub.


Bu mövsümdə hələlik «quş qripi» tapılmasa da, xəstəliyin köçəri quşlarla Azərbaycana yayılması ehtimalını istisna etməyən DBX köçəri quşların ovlanması və satılmasına qoyduğu qadağanı qüvvədə saxlayır.


Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Dövlət Baytarlıq Xidməti «quş qripi» ilə bağlı növbəti monitorinqi sentyabrın ortalarında keçirməyi planlaşdırır.


Günün bütün mövzuları

XS
SM
MD
LG