Dünya bazarlarında qızılın qiyməti düşür. May ayından bəri qızıl 16 faiz ucuzlaşıb. İndi qızılın 1 unsiyasının qiyməti 610 dollardır. Ekspertlər bunu neft qiymətlərindəki enmə meyli ilə əlaqələndirirlər. Neft bahalaşanda pulunu qızıla verənlərin sayı artır. İndi dünya bazarlarında neftin bir barelinin qiyməti 70 dollara düşüb.