Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:43

Əli Bayramlıdakı orta məktəbin tikintisinə 1,3 milyon manat vəsait ayrılacaq


Prezident İlham Əliyev avqustun 31-də Əli Bayramlı şəhərinin Çılpaqlı qəsəbəsində yerləşən 4 nömrəli orta məktəbin binasının tikintisinin maliyyələşdirilməsi haqqında sərəncam imzalayıb. Sənədə əsasən, qəsəbədə yerləşən 680 şagird yerlik 4 nömrəli orta məktəbin yeni binasının tikintisi Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondunun vəsaiti hesabına həyata keçirilir.
Maliyyə Nazirliyinə tapşırılır ki, 2006-cı il dövlət büdcəsində müəyyən edilmiş Ehtiyat Fondundan Təhsil Nazirliyinə 1,3 milyon manat vəsaitin ayrılmasını təmin etsin.


Günün bütün mövzuları

XS
SM
MD
LG