Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:51

II tur qəbul imtahanlarının nəticələri bəlli oldu


2006-cı ildə ali məktəblərə tələbə qəbulu başa çatdı

2006-cı ildə ali məktəblərə tələbə qəbulu başa çatdı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin və texnikumlara tələbə qəbulunun I mərhələsinin nəticələrini elan edib. Ali məktəblərin vakant 2702 plan yerinə təxminən 5500 nəfər, orta ixtisas məktəblərinin dövlət planı üzrə təqdim olunmuş 7673 plan yerinə isə təxminən 21000 nəfər ərizə vermişdir. Onlardan neçəsinin tələbə adını qazandığı günün ikinci yarısında bəlli olacaq. Ali məktəblərin boş qalan yerlərinə əlavə yerləşdirmənin nəticələri “Abituriyent” jurnalının 8-ci, texnikumlara tələbə qəbulunun nəticələri isə 7-ci sayında dərc edilib. TQDK-dan bildirirlər ki, orta ixtisas məktəblərinə nəzərdə tutulan yerlərin 80 faizi, ali məktəblərə isə boş qalan yerlərin hamısı dolub.


Ali məktəblərə və texnikumlara qəbul olan abituriyentlər sentyabrın 10-dək sənədlərini daxil olduqları təhsil müəssisələrinə təqdim etməlidirlər.


Bununla da, 2006-cı ildə ali məktəblərə tələbə qəbulu başa çatdı. Tələbə qəbulu ilə bağlı apelyasiya komissiyasının fəaliyyəti başa çatdığına görə TQDK-ya ali məktəblərə tələbə qəbulu ilə bağlı daxil olan ərizə, şikayət və müraciətlərə baxılmayacaq.


Texnikumların boş qalan yerlərinə və xüsusi qabiliyyət tələb edən ixtisaslarına II mərhələ üzrə tələbə qəbulu elanı “Abituriyent” jurnalının 9-cu sayında dərc ediləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG