Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:42

Azərbaycan 4561 vətəndaşını axtarır


Üç ildir ki, BMT-nin qərarına uyğun olaraq avqustun 30-u Beynəlxalq İtkin Düşmüşlər günü kimi qeyd olunur. Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla Əlaqədar Dövlət Komissiyasından verilən məlumata görə, Ermənistanla Azərbaycan arasındakı münaqişə zamanı itkin düşənlərdən indiyə qədər 1388 nəfəri tapılıb, 4561 nəfər isə axtarışdadır. Dövlət Komissiyasında işçi qrupunun sədr müavini Eldar Səmədovun deyinə görə, sonucu dəfə ötən il 8 nəfər Azərbaycan vətəndaşı əsirlikdən azad olunub. Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən verilən məlumata görə onların 2004-cü ildə Azərbaycan və Ermənistana təqdim etdikləri siyahıda itkin düşmüş hesab edilən 4132 nəfərin adı var ki, bunun 3286 nəfər azərbaycanlı, 834 erməni, 12 nəfər isə digər ölkə vətəndaşlarıdır. İtkin düşmüş ailələrdən axtarış sorğularını toplamaqda davam edən Komitə yaxın vaxtlarda Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə birgə itkin düşənlərin axtarışı ilə bağlı fəaliyyətini daha da genişləndirməyi planlaşdırır.


XS
SM
MD
LG