Keçid linkləri

2024, 24 Aprel, çərşənbə, Bakı vaxtı 02:07

Avropa Birliyi Bakıdan hərbi büdcəni artırmamağı tələb edir


Avropa Birliyinin komissarı Benita Ferrero Valdner region liderlərini «qızışdırıcı nitqlərinə» görə qınayıb
Avropa Birliyinin komissarı Benita Ferrero Valdner region liderlərini «qızışdırıcı nitqlərinə» görə qınayıb

Avropa Birliyinin icraçı orqanı olan Avropa Komissiyası Azərbaycandan hərbi büdcəni daha artırmamağı tələb edir. Komissiya bildirir ki, Birliyin Azərbaycan, Gürcüstan, Ermənistanla qonşuluq siyasəti - fəaliyyət planıyla bağlı danışıqları uğurlu olub. İndi qalır birlik üzvlərinin planı təsdiqləməsi. Amma, Avropa Birliyinin beynəlxalq əlaqələr üzrə komissarı Benita Ferrero Valdner deyib ki, regionda hərbi büdcənin artım sürəti həddi aşır. Komissiyanın adının çəkilməsini istəməyən bir rəsmisi narahatlığın Gürcüstan və Azərbaycanla bağlı olduğunu deyib. Ferrero Valdner həm də region liderlərini «qızışdırıcı nitqlərinə» görə qınayıb, deyib ki, Qarabağ, Cənubi Osetiya, Abxaziya kimi münaqişələrin həllində çox kiçik irəliləyişlər olub, ya da heç irəliləyiş olmayıb.


«Azadlıq» radiosuna müsahibədə Avropa Bİrliyinin Xarici əlaqələr komissarı Benita Ferrero Valdner cənubi Qafqaz ölkələrinin paytaxtlarında sərt bəyanatlar və düşmənçilik çıxışları eşidilməsinin yaxşı idarəçiliklə bir araya sığmadığını bildirib. O, xatırladıb ki, yaxın qonşuluq siyasətinin şərtlərindən biri də yaxşı idarəçilikdir. Valdner yaxşı idarəçiliyin həm də hökumətlərin yaxşı davranışı anlamına gəldiyini əlavə edib.


Xanım Valdnerin oktyabr ayında cənubi Qafqaz regionuna səfəri çərçivəsində Avropa Bİrliyinin yaxın qonşuluq siyasəti barədə əməli planını müzakirə edəcəyi gözlənir.



Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İlqar Verdiyev Avropa Birliyini tələbinə münasibət bildirib. Onun fikrincə, müdafiə xərclərinin artırılması hər bir ölkənin suveren hüququdur və bu hər hansı qurumda müzakirə mövzusu ola bilməz.


Hərbi məsələlər üzrə ekspert, polkovnik-leytenant Üzeyir Cəfərovun sözlərinə görə, belə bir şərt o vaxt irəli sürülə bilər ki, Azərbaycanın işğal olunmuş torpaqları beynəlxalq təşkilatların, o cümlədən Avropa Birliyinin dəstəyi ilə azad olunsun. Ekspertin fikrincə, hazırkı dövrdə Azərbaycanın torpaqları işğal altında olduğundan belə bir tələbin irəli sürülməsi ölkənin hüquqlarının pozulmasıdır.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG