Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:18

Hüquq müdafiəçiləri həbsxanada Rasim Əkbərovla görüşüb


Rasim Əkbərovun həbsxanada qalmasının həyatına təhlükə yarada biləcəyi deyilir
Rasim Əkbərovun həbsxanada qalmasının həyatına təhlükə yarada biləcəyi deyilir
1 Saylı İslah Əmək Müəssisəsində cəza çəkən keçmiş briqada komandiri, Qarabağ döyüşlərində «Milli Qəhrəman» adı almış Rasim Əkbərovun səhhəti pisləşib. Bu baradə «Azadlıq» radiosuna avqustun 30-da həbsxanada onunla görüşən hüquq müdafiəçilərindən biri Novella Cəfəroğlu məlumat verib. Hüquq müdafiəçisi onun daha bir neçə ay həbsxanada qalmasının həyatına təhlükə yarada biləcəyini deyir.

Hüquq müdafiəçiləri ölkə prezidentinə, Ədliyyə Nazirliyinə və Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə Rasim Əkbərovun azadlığa buraxılması və müalicəsinin ev şəraitində aparılmasıyla bağlı müraciət göndərəcəklərini deyirlər.


Həbsxananın baş həkimi Əbülfəz Əhmədov isə «Azadlıq» radiosuna deyib ki, Rasim Əkbərov müxtəlif xəstəliklərdən əziyyət çəkir və hazırda onun vəziyyəti orta stabildir. Cənab Əhmədovun sözlərinə görə, onu cəzaçəkmə müəssisələrinin mərkəzi xəstəxanasında müalicəyə göndərsələr də, yazılı şəkildə bundan imtina edib. Sabiq briqada komandirinin neçə müddətdən bəri əsəbi vəziyyətdə olduğunu deyən həkimin sözlərinə görə, o, hər dəfə haqsız yerə həbs olunduğunu iddia edib azad olunmasını istəyir.


Rasim Əkbərovun qardaşı Rəfael Əkbərovun dediyinə görəsə, onun azadlığa buraxılması ilə bağlı indiyə qədər prezidentə və onun xanımına bir neçə dəfə müraciət ediblər. Bir həftə əvvəl Rasim Əkbərovla görüşdüyünü bildirən Rəfael Əkbərov son vaxtlar qardaşının səhhətində ciddi problemlərin yarandığını deyir.


Rasim Əkbərov 2000-ci il fevralın 8-də həbs edilib. Dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş briqada komandiri 15 il müddətinə azadlıqdan məhrum edilib.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG