Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:10

«Şərq»: «Məmurlar ana dilini öyrənir»


«Yeni Müsavat» qəzetindəki «Hakimiyyət Fərhad Əliyevdən əl çəkmir» başlıqlı məqalədə müəllif adını açıqlamadığı mənbəyə istinadən İqtisadi İnkişaf Nazirliyi Sahibkarlıq Derartamentinin sabiq rəisi Əlihüseyn Şalıyevin intihar etmədiyini, onun döyülərək öldürüldüyünü yazır. Mənbədən verilən məlumata görə, cənab Şalıyevin qarşısında saxta ifadə vermək tələbi qoyulub və müstəntiqlər buna nail olmadıqda ona ağır işgəncələr veriblər. Mənbənin sözlərinə görə, sabiq idarə rəisindən keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin üzünə durmaq tələb olunurmuş. Belə ki, istintaqçılar Ə.Şalıyevi F.Əliyevdən pul alaraq mərhum jurnalist Elmar Hüseynovu qətlə yetirmək üçün Hacı Məmmədova verdiyini «etiraf etməyə» razı salmaq istəyirmiş.


«Xalq Cəbhəsi» qəzetindəki «Neft Fondunun Müşahidə Şurasının tərkibi genişləndirilməlidir» başlıqlı məqalədə bildirilir ki, hökumət neft gəlirlərindən istifadə üzrə Beynəlxalq Şəffaflıq Təşəbbüsünə qoşulsa və Neft Fondunun Müşahidə Şurası yaradılsa da, bu sahəyə ölkə daxilində ictimai nəzarətin təmin olunduğunu demək olmaz. Ən azından ona görə ki, Neft Fondunun Müşahidə Şurasının tərkibi ayrı-ayrı hökumət qurumlarının rəhbərlərindən ibarətdir. Müəllifin fikrincə, əgər fondun fəaliyyəti şəffafdırsa, onun idarəolunmasında ictimaiyyətin nümayəndələri də iştirak etməlidir. Belə ki, fondun Müşahidə Şurası tərkibinə QHT-lərin, mətbuatın, hətta müxalifəti təmsil edən partiyaların nümayəndələri də daxil edilməlidir.


«Gündəlik Azərbaycan» qəzetindəki «Müxalifətin payız taktikası» başlıqlı məqalə hazırda Azərbaycanda hökm sürən siyasi durğunluq barədədir. Müəllifə görə, Azərbaycanda siyasi durğunluğa təkcə hakimiyyətin seçkilərin nəticələrini saxtalaşdırması deyil, həm də seçkisonrası repressiyalar, təqib və təzyiqlər ciddi təsir göstərir. Amma müəllifin fikrincə, əgər müxalifət hakimiyyətə gəlməyə iddialıdırsa, növbəti seçki ilini gözləməməli, həm öz arasında inteqrasiya prosesinə, həm də cəmiyyətin fəallaşmasına indidən başlamalıdır.


«Şərq» qəzetindəki «Mə­mur­lar ana di­li­ni öy­rə­nir» başlıqlı məqalədə müəllif yazır ki, hazırda bir çox yük­sək­ və­zi­fə­li mə­mur­lar və bə­zi na­zir­lə­rin tə­ləf­fü­zün­də rus di­li ele­ment­lə­ri­nin özü­nü gös­tərməsi adi hala çevrilib. Hət­ta iş o ye­rə ça­tıb ki, on­lar Azər­bay­can sözünü də düz­gün tə­ləf­füz edə bil­mir­lər. Rəy­çi­lər də ha­zır­da yük­sək ­və­zi­fə­li şəxs­lə­rin ana di­li prob­le­mi ol­du­ğu­nu eti­raf e­dir­lər. Azər­bay­can Ata­türk Mər­kə­zi­nin rəh­bə­ri, pro­fes­sor Ni­za­mi Cə­fə­rov bu­nun əsas sə­bə­bi­ni mər­kə­zi təş­ki­lat­lar və bü­tün mə­mur sis­te­mi­nin əsa­sən rus­dil­li mü­hit­dən çıx­ma­sı ilə əla­qə­lən­dir­ir. Cənab Cə­fə­rov bu ki­mi prob­lem­lə­rin çö­zül­mə­si üçün Azər­bay­can dil­çi­lə­ri­nin qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si­ni zə­ru­ri sayır.


XS
SM
MD
LG