Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 17:58

XƏBƏRLƏR


Beynəlxalq «Şərq-Qərb» kino şənliyi


Beynəlxalq «Şərq-Qərb» kino şənliyi Türkiyə rejissoru Nuri Bilgə Ceylanın «İqlimlər» filmiylə açılacaq. Dünya kino tənqidçilərinin çox yüksək qiymətləndirdiyi həmin film türk ekran sənətçilərinin parlaq uğurlarından sayılır. Bu il sentyabrın 4-dən-10-dək Bakıda keçiriləcək bu ənənəvi festivalda bütövlükdə 14 kino əsərinə baxılacaq. İldən-ilə məşhurlaşan «Şərq-Qərb» festivalında Türkiyə, İran və postsovet ölkələrlə yanaşı, Şərqi və Qərbi Avropa kinematoqrafçıları təmsil olunacaqlar.



İşğal olunmuş muzeylərlə bağlı muzey yaradılacaq


Bu sözləri Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəz Qarayev işğal olunmuş rayonların icra başçıları və mədəniyyət şöbələri əməkdaşlarının qatıldığı müşavirədə dilə gətirib. Nazir bildirib ki, işğal altında qalan ərazilərin tarixi, bugünkü durumu və işğal zamanı itirilmiş tarixi irsimizi özündə əks etdirən məlumatların bir muzeydə cəmləşdirməsinə ehtiyac var.



Niyazi 94 yaşında


Unudulmaz maestro Niyazinin ev muzeyində onun 94 yaşı anıldı. Təmirdən yeni çıxmış muzeydə Niyaziyə aid yeni sənədlər toplanıb. Maestronun 95 illik yubileyinin keçirilməsi ilə bağlı məsələlər müzakirə edilib.


XS
SM
MD
LG