Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:11

Sakit Zahidovun məhkəməsi başladı


Sakit Zahidov bu il iyunun 23-də həbs olunub
Sakit Zahidov bu il iyunun 23-də həbs olunub
Avqustun 29-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə «Azadlıq» qəzetinin əməkdaşı, satirik-jurnalist Sakit Zahidovun məhkəmə prosesi başlandı. İttihamnamədə göstərilir ki, bu il iyunun 23-də Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Sakit Zahidovu saxlayarkən onun üstündən 9 qramdan artıq heroin tapılıb. Məhkəməyə ifadəsində jurnalist bildirdi ki, narkotik maddə olan bükülünü onun cibinə əməliyyatçılar qoyub. O, saxlanarkən polislərin onun qollarını burub, maşına oturtduqlarını, sonrasa idarəyə apardıqlarını bildirdi. Sakit Zahidov dedi ki, narkotik maddəni onun sol cibinə maşında qoyublar. Jurnalistin sözlərinə görə, polislər onu saxlayarkən mülki geyimdə olublar, əvvəlcə özlərini təqdim etməyiblər və ona zorakılıq göstəriblər. Çox təkid edəndən sonra maşında sənədlərini göstəriblər. DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsində və Nərimanov Rayon Polis İdarəsinin təcridxanasında isə ona fiziki təzyiq göstərməyiblər.

Prosesdə ifadə verən DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Ələkbər Xələfov, Xəyal Nəsibov və Ruslan Mehdiyev narkotik maddənin Sakit Zahidovun üzərində axtarış keçirilərkən cibindən çıxdığını bildirdilər. Onlar jurnalisti əməliyyat məlumatı nəticəsində saxladıqlarını dedilər. Onların sözlərinə görə, daxil olan məlumata görə, Sakit Zahidov narkotik maddələrin satışı ilə məşğul olurmuş.


Sakit Zahidovun vəkili Vüqar Xasayev ittihamı qəbul etmədəklərini, müdafiə etdiyi şəxsin «Azadlıq» qəzetindəki satirik şerlərinə görə, həbs olunduğunu bildirir.


Məhkəmə prosesi sentyabrın 5-də şahidlərin ifadələri ilə davam edəcək.


Sakit Zahidov bu il iyunun 23-də həbs olunub. O, «Azadlıq» qəzetində ayrı-ayrı hakimiyyət nümayəndələrini tənqid edən satirik şerlərlə çıxış edir.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG