Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:51

Qubanın «Qütb» televiziyasına basqın olub


Avqustun 28-i saat 18 radələrində 7-8 nəfər naməlum şəxs Qubanın «Qütb» televiziyasına basqın edib. Bu barədə «Azadlıq» radiosuna televiziyanın prezidenti Mahir Orucov məlumat verib. Cənab Orucovun sözlərinə görə, sərxoş vəziyyətdə olan şəxslər televiziyanın binasına daxil olmaq istəyiblər, amma televiziyanın əməkdaşların buna imkan verməyib. Basqın edən şəxslər televiziyanın girişində quraşdırılan kameranı sındırıb, jurnalistləri təhqir ediblər. Mahir Orucov deyir ki, onlar polisə müraciət edənə qədər həmin adamları televiziyanın binasından çıxara biliblər. Basqınçılardan 4 nəfərinin artıq polis tərəfindən saxlanıldığını deyən cənab Orucov bu hücumun hansısa verilişə görə kiminsə sifarişilə baş verməsinə inanmır. Televiziyanın prezidenti sərxoş vəziyyətdə olan şəxslərin basqınını adi xuliqanlıq hadisəsi kimi qiymətləndirir. Mahir Orucova görə, onların televiziya binasının yaxınlığında yerləşən şadlıq sarayından çıxıb televiziyaya gəlməsi belə bir fikir yürütməyə əsas verir. Quba Rayon polis İdarəsindən verilən məlumata görə, hazırda hadisə ilə bağlı araşdırma aparılır.


Günün bütün mövzuları

XS
SM
MD
LG