Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 19:18

«Ayna»: «Azərbaycan Rusiyanın təşəbbüsünü rədd etdi»


«Ayna» qəzetindəki «Azərbaycan Rusiyanın təşəbbüsünü rədd etdi» başlıqlı məqalədə bildirilir ki, bu günlərdə Azərbaycanla Rusiya arasında qeyri-rəsmi hərbi-siyasi gərginlik yaşanır. Buna səbəb Bakının Xəzərdə «Kasfor» hərbi birləşməsinin yaradılması ilə bağlı Moskvanın təklifini əvvəlcə qəbul, sonra isə rədd etməsidir. Məsələ ilə bağlı Moskvadakı mənbələrdən qəzetə verilən eksklüziv məlumata görə, vəziyyətin dəqiqləşdirilməsi ilə bağlı yaxın günlərdə Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinin əməkdaşlarından ibarət nümayəndə heyəti Azərbaycana səfər edəcək.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı son vaxtlar Gürcüstanda yaşayan azərbaycanlılarla mərkəzi hakimiyyət arasında yaşanan problemlərin səbəblərini araşdırıb. Müəllifin yazdığına görə, bu gün Gürcüstanda yaşayan azərbaycanlıların parçalanmış vəziyyətdə olmasının, diaspor şəklində vahid mərkəzdə birləşə bilməməsinin əsas günahkarlarından biri elə rəsmi Bakıdır. Buna əsas səbəb isə mövcud hakimiyyətin Gürcüstandakı azərbaycanlılardan öz məqsədləri üçün istifadə etməyə çalışması, həmçinin, bir çox hallarda, onları o qədər də rəğbət bəsləmədiyi Saakaşvili hökumətinə qarşı yönləndirməsidir.


«Mərkəz» qəzetinin əməkdaşı yazır ki, kəndli-şəhərli əlaqələrinin nizamlanması və meyvə-tərəvəz bazarında bahalaşmanın qarşısını almaq yönündə mühüm addım hesab edilən yarmarkalar ideyası gözlənilən nəticəni vermədi. Metronun «Məşədi Əzizbəyov» stansiyası yaxınlığında təşkil edilən yarmarkanı müşahidə edən müəllif qeyd edir ki, bu həftənin istirahət günləri sözügedən stansiya yaxınlığındakı yarmarkada «qu desən, qulaq tutulardı»: «Burada yalnız bir maşın dayanmışdı və onun yükü pomidordan ibarət idi», – deyə müəllif yazır. Yarmarkadakı seyrəkliyin sirrini isə şahidlər belə açlıqlayıblar ki, kəndlərdən yarmarkaya gətirilən mallar yaxınlıqdakı bazara satılır.


XS
SM
MD
LG