Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 12:10

Karikatura qalmaqalı yaradan İran jurnalisti bəraət aldı


Təbrizdə Azərbaycan dilinin təhqir edilməsinə qarşı etiraz aksiyası. 22 may 2006-cı il

Təbrizdə Azərbaycan dilinin təhqir edilməsinə qarşı etiraz aksiyası. 22 may 2006-cı il

İctimaiyyətin müxtəlif təbəqələri arasında ixtilaf yaratmaq və türkdilli əhalini təhqir etməkdə ittiham olunan «İran» qəzetinin məsul katibi Qulamhüseyn İslamifərin məhkəməsi bazar günü avqustun 12-də başa çatdı. Tehranın cəza məhkəməsinin 76-cı şöbəsində keçirilən bu dinləmədən sonra münsiflər heyəti Qulamhüseyn İslamifərin günahsız olduğuna qərar verdi.


Karikatura qalmaqalının ən əsas səbəbkarları kimi ittiham edilən karikaturanın rəssamı Mana Nistani və onu dərc edən «İran» qəzetinin baş redaktoru Mehrdad Qasımfərin məhkəməsinin isə sentyabrın 7-də keçrilməsi gözlənilir.


«İran» qəzetinin həftə sonu əlavəsi 2006-cı ilin mayın 12-də uşaqlara həsr etdiyi səhifəsində «Nə edək ki, tarakanlar bizi tarakan etməsin?» başlığı altında dərc etdiyi karikaturada bir fars-dilli uşağın tarakanla danışmaq istədiyini göstərir. Fars dilini başa düşməyən tarakan isə «nə?…nəmənə?» söyləyir. Karikaturanın kənarında yazılmış mətin belə oxunur: «…məsələ burasındadır ki, tarakanlar adam dilini başa düşmür. Tarakan dilinin qrammatikası da o qədər çətindir ki, tarakanların özlərinin 80 faizi də onu başa düşmür. Elə buna görə də onlar bir-birləri ilə başqa dillərdə danışmaq istəyirlər. Tarakanların özü özünü başa düşməyəndə, siz onları necə başa düşə bilərsiniz?!» Daha sonra məqalə tarakanların yer üzündən məhv edilməsi üçün müxtəlif yollar təklif edir.


Həmin karikaturanın dərcindən az sonra İran Azərbaycanının bütün şəhərlərində kütləvi etiraz nümayişləri keçirildi. Günlərlə davam edən bu aksiyalar silahlı qüvvələrin hücumuna məruz qalaraq bir çox insanın ölümü və yüzlərlə fəalın tutulması ilə nəticələndi.


XS
SM
MD
LG