Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:22

Xaricdə yaşayan azərbaycanlı sənət adamları


İngiltərədə yaşayan azərbaycanlı rəssam, xanəndə Sahib Əsədov

İngiltərədə yaşayan azərbaycanlı rəssam, xanəndə Sahib Əsədov

Budəfəki «Qlobus»un qonağı İngiltərədə yaşayan azərbaycanlı rəssam, xanəndə Sahib Əsədovdur. Sahib Əsədov Azərbaycanda rəssamlıq məktəbini və musiqili teatr aktyoru ixtisası üzrə İncəsənət Universitetini bitirib. Bakıda Muğam Teatrında və İncəsənət Universitetində işləyib. Üç il əvvəl isə Londona gəlib. Hazırda Londonda Muğam qrupu yaradıb, bu qrup İngiltərədə konsertlər təşkil edir. O, eyni zamanda Azərbaycan mədəniyyəti ilə bağlı müxtəlif tədbirlər keçirir.


Sahib Əsədov həmçinin Londonda yaşayan azərbaycanlıların toylarında oxuyur, deyir ki, Britaniyada yaşayan azərbaycanlılar toylarını Azərbaycan adətlərinə uyğun keçirirlər. Azərbaycan musiqisi və rəqsləri avropalıların da xoşuna gəlir.


Sahib Əsədov deyir ki, hazırda Azərbaycanda bir çox sənəd adamları maddi vəziyyətlərini yaxşılaşdırmaq üçün xarici ölkələrə üz tutmalı olurlar. Onun fikrincə, bu prosesin bir müsbət tərəfi var – xaricə gedən azərbaycanlı sənəd adamları yaşadıqları ölkələrdə Azərbaycan mədəniyyətini təbliğ eldirlər.


Xaricdə Azərbaycan dili


«Qlobus» həmçinin xaricdə Azərbaycan dilində fəaliyyət göstərən kütləvi informasiya vasitələrindən söhbət açır. Xaricdə Yaşayan Azərbaycanlılarla İz Üzrə Dövlət Komitəsinin mətbuat katibi Elşad Miraləm deyir ki, hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycan dilində yayılan 80-dən çox kütləvi informasiya vasitəsi var. Bunlar arasında 30-dan çox qəzet, jurnallar, internet saytları, bir neçə radio və iki televiziya kanalı var.


Rusiyada Azərbaycan dilində gündəlik nəşr olunan «Millətin səsi» qəzetinin baş redaktoru Aqil Alışov hesab edir ki, Rusiyada Azərbaycan dilində qəzetin buraxılmasına böyük ehtiyac var, çünki Rusiyada Azərbaycan haqqında düzgün məlumat yayan qəzetlər azdır. Qəzet Moskva, Sankt-Peterburq, Nijniy Novqorod və Yarslavl şəhərlərində yayılır. Aqil Alışov deyir ki, maliyyə çətinliklərinə baxmayaraq qəzet beş ildir ki, dövrülüyünü dayandırmayıb.


«Radio Təbriz»…«Radio Haray»


Yeddi il əvvəl Stokholm şəhərində Azərbaycan dilində «Radio Təbriz» adlı radio yaradılıb. Radionu yaradanlardan biri İran azərbaycanlılarından olan Çingiz Əlizadə deyir ki, bu radio həftədə bir dəfə 4 saat müddətində Azərbaycan dilində verilişlər yayır. Bu yaxınlarda radionun adı dəyişib və indi bu «Radio Haray» adlanır. Çingiz Əlizadə deyir ki, İsveçin daha bir şəhərində - Höteburqda Azərbaycan dilində radio var.


DİNLƏYİN!


XS
SM
MD
LG