Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:55

Azərbaycan-Koreya biznes-forumu keçirilib


Avqustun 28-də Bakıda keçirilən Azərbaycan-Koreya biznes-forumunda Koreya Elektrik Enerjisi, Qaz, Milli Neft korporasiyaları, İdxal-İxrac Bankı, «Daewoo International Corporation», «Hyundai Electrik & Machinery», «SK Corporation», tikinti, ticarət, informasiya texnologiyaları, kənd təsərrüfatı sahələrində fəaliyyət göstərən şirkətlər, dövlət rəsmiləri iştirak edib. Azərbaycanı biznes-forumda 100-ə qədər şirkətin nümayəndələri və hökumət rəsmiləri təmsil edib.


İqtisadi İnkişaf nazirinin müavini Niyazi Səfərov bildirib ki, Azərbaycan elektronika, gəmiqayırma, kənd təsərrüfatı kimi sahələrdə Koreya ilə əməkdaşlıq etməkdə maraqlıdır. Koreyanın Ticarət, Sənaye və Energetika nazirinin müavini Li Von Qul isə Azərbaycanla enerji, kimya, tikinti, telekommunikasiya sahələrində əməkdaşlığın daha cəlbedici olduğunu deyib.


XS
SM
MD
LG