Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:57

Məktəb ləvazimatlarının qiyməti azı 15-20 faiz artıb


Yeni dərs ilində 127 940 uşaq 1-ci sinfə gedəcək

Yeni dərs ilində 127 940 uşaq 1-ci sinfə gedəcək

Bu günlər məktəb ləvazimatları satılan mağazalarda qələbəlikdir. Çünki yay tətilinin sonu - məktəbə hazırlıq zamanı başlayıb. Mağazaların çoxunun üstünə məktəbə hazırlıqla bağlı bazar günləri də işlədikləri barədə elanlar vurulub. Bu mağazaların birinin sahibi Natiq Babayev deyir ki, keçən illə müqayisədə bu il məktəb ləvazimatlarının qiyməti azı 15-20 faiz artıb. Ən çox bahalaşan isə şagirdlərin tez-tez istifadə etdiyi dəftərlərdir: «Baxmayaraq ki, bizdə də dəftər istehsal olunur, ancaq yenə bahalıqdır. Keçən il 40 vərəqli dəftəri 500 manata alıb, 600 -700 manata satırdıq. İndi 700-ə alıb, 1000 manata satırıq. Rusiyadan, Türkiyədən gələn məktəb ləvazimatları isə daha keyfiyyətli və bahadır».


Bu ilki yazı və rəsm dəftərlərinin üstündə ayrı-ayrı ölkələrin futbol yığma komandalarının, çantaların üstündə isə məşhur film qəhrəmanlarının şəkilləri var. Satıcılar onların alıcılarının daha çox olduğunu deyirlər.


Söhbət etdiyim şagirdləri də məktəb əşyaları çox maraqlandırır. Bu uşaqlar - Rza, Dünyamin, Fərid və onların dostları ayrı-ayrı məktəblərdə oxuyurlar. Onların arasında artıq məktəb ləvazimatlarını alanlar da var. «...Mənim üçün hər şey alıblar. Qiymətlər bahadır, çalışırıq ki, paltarlarımızı çox köhnəltməyək».


Valideynlər isə qayğılıdırlar. Bir məktəblinin hazırlığının 50-100 yeni manata başa gəldiyini deyirlər: «Ancaq qızımı məktəbə göndərəcəyim üçün çox sevinirəm. Düzdür, indi bahaçılıqdır, ancaq uşağı məktəbə göndərmək lazımdır».


30 ildən çoxdur məktəbdə müəllim işləyən Abdulla Ağazadə isə ildən-ilə şagirdlər arasında məktəbə hazırlıqla bağlı iqtisadi gerilik müşahidə etdiyini deyir: «Yəqin ki, bu, valideynlərin yaşayışı, həm də qiymətlərin bahalığı ilə bağlıdır. Görürsən ki, bəzən şagird ləvazimatları çatışmadığına görə, məktəbə gəlmək istəmir. Mən müəllim kimi olub ki, kiməsə nəsə alıb vermişəm, ancaq bu, çıxış yolu deyil. Dövlət nəsə etməlidir».


Təhsil Nazirliyindən isə bildirirlər ki, dövlətin məktəblilərə ən böyük yardımı dərsliklərin pulsuz verilməsidir. Yeni dərs ilində 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlərə dərsliklər pulsuz paylanacaq.


Yeni dərs ilində 127 940 uşaq 1-ci sinfə gedəcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG