Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:49

Havaların istiləşməsi son həddə çatacaq


Avqustun 29-da Azərbaycanda havalar yenidən istiləşəcək
Avqustun 29-da Azərbaycanda havalar yenidən istiləşəcək

Avqustun 29-da Azərbaycanda havalar yenidən istiləşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Proqnozlar Bürosunun rəhbəri Umayra Tağıyevanın verdiyi məlumata görə, paytaxt Bakıda havanın temperaturu 35-38, Abşeron yarımadasının bəzi yerlərində isə temperaturun 40 dərəcəyə qədər yüksələcəyi gözlənilir. Naxçıvan Muxtar Respublikası və Mərkəzi Aran rayonlarında temperatur 38-40 dərəcə olacaq. Umayra Tağıyevanın sözlərinə görə, isti hava şəraiti növbəti iki gündə üç-dörd dərəcə aşağı düşəcək.


Bakı Şəhər Təcili Yardım Stansiyası isə isti hava şəraitində əhaliyə günəşin altında çox qalmamağı, uşaqların və yaşlıların, ürəyi xəstə adamların günorta vaxtı havaya çıxmamasını, bol su qəbul etməyi tövsiyə edir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti havayla bağlı meşə yanğınlarının ola biləcəyini nəzərə alaraq sıx meşəlik ərazilərə nəzarəti gücləndirib.


Bu ay üçün ən isti hava şəraiti avqustun 11-i və 12-də Azərbaycanın bütün bölgələrində qeydə alınıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş mühəndisi İmran Məmmədov «Azadlıq» radiosuna bildirib ki, həmin gün ən isti hava Naxçıvan Muxtar Respublikasında və Mərkəzi Aran rayonlarında müşahidə edilib - 42 dərəcə isti. Bakıda və Abşeron yarımadasında isə temperatur 39-40 dərəcəni göstərib. Cənab Məmmədovun sözlərinə görə, son illər avqust ayında ölkə ərazisində belə yüksək temperatur qeydə alınmayıb.


Avqustun 11-də Zərdab və Kürdəmir rayonlarının icra hakimiyyətləri iş günün qısaldılması barədə qərar vermişdilər. Bu rayonların ərazilərində günorta saat 13.00-dan 16.00-a kimi işləmək qadağan edilmişdi.


XS
SM
MD
LG