Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:42

Dolların ucuzlaşması kimə ziyan edir?


Dolların qiyməti hər yerdə düşür

Dolların qiyməti hər yerdə düşür

Azərbaycanda hökumət ciddi tədbirlər görməsə, ilin sonuna qədər inflyasiya yol verilən həddi keçəcək. Bu, iqtisadçı deputat Əli Məsimovun fikirləridir. Azərbaycanda manatın möhkəmlənməsinin səbəblərindən biri, neft pullarının çoxalması hesab olunur. Hökumət də vəd edir ki, neftdən gəlir hələ artacaq.


Dolların qiyməti hər yerdə düşür, amma Ermənistanda mütəxəssislər birbaşa hökuməti günahlandırırlar. Əmindirlər ki, hökumət inflyasiyanın qarşısını almaq üçün nəinki tədbir görmür, üstəlik dolları süni şəkildə ucuzlaşdırır ki, bundan da oliqarxlar faydalanırlar.


20 il əvvəl Gürcüstanda əlində bir dollar tapılanı valyuta fırıldaqlarında günahlandırıb, dama basardılar. İndi Bakıda olduğu kimi Tiflisin də küçələrində valyutadəyişmə məntəqələri, təbii ki, doludur. Amma dollardan istifadə edənlər turistlərdən çox əhalidir, odur ki, dolların ucuzlaşmağı əhalinin güzəranına təsir edir.


DİNLƏYİN!


XS
SM
MD
LG