Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:11

«30 illik sürgün də olsa, mən Ramil Usubovdan üzr istəmərəm»


«Realnı Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə söhbət, 26 avqust 2006

«Realnı Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayevlə söhbət, 26 avqust 2006

Ötən həftə Daxili İşlər Nazirliyinin Eynulla Fətullayevin rəhbərlik etdiyi «Realnı Azərbaycan» və başqa bir neçə qəzetlərlə məhkəmə çəkişmələri davam etdi.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov iddia edir ki, «Antibiotikin qisası», «Antibiotikin süqutu» yazılarıyla «Realnı Azərbaycan» daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətini təhqir edib. «Azadlıq» radiosuna verdiyi müsahibədə o, həmin yazıları «sifarişli» adlandırır və əlavə edir ki, bu kampaniyanın arxasında «xarici qüvvələr və onların ölkədaxili nökərləri» dayanır. Cənab Gözəlovun fikrincə, mətbuatda tənqid təhqirə keçirsə, bunun məhkəmədən başqa yolu yoxdur: «Uzun müddət biz bu məsələlərə fikir verməmişik. Cənab prezident də məmurlara, nazirlərə, yüksəkrütbəli dövlət adamlarına tövsiyə edib ki, mətbuatı məhkəməyə verməsinlər. Artıq dörd ildir ki, Daxili İşlər Nazirliyinin rəhbərliyi, şəxsən Ramil Usubov bu məsələlərdə həddindən artıq dözümlü olublar. Amma dözümün də bir həddi var. Bu qərəz, bu tənqid təhqirə, böhtana keçirsə, siz deyin, bunun məhkəmədən başqa hansı yolu var?». Bununla belə, cənab Gözəlov qeyd etdi ki, öz səhifələrində belə yazılara yol vermiş müəlliflər, baş redaktorlar üzr istəyir, təkzib verirlərsə, DİN onları bağışlayır: «Necə ki, «Milli Yol» qəzeti Daxili İşlər Nazirliyindən üzr istədi, təkzib verdi, cənab nazir də onları bağışladı».


Amma «Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə «Realnı Azərbaycan» qəzetinin baş redaktoru Eynulla Fətullayev bildirdi ki, onlar öz məqalələri ilə heç kəsin şərəf və ləyaqətinə toxunmayıblar: «Hazırda Azərbaycan mətbuatı bütövlükdə Hacı Məmmədov prosesindən yazmaqdadır. Çünki Azərbaycanın siyasi və ictimai həyatında ciddi hadisə baş verib. Daxili İşlər Nazirliyində böyük bir qruplaşma yaxalanıb... Bəs, biz nədən yazmalıyıq? Mətbuat sirkdən, teatrdan yazmamalıdır ki... Biz yalnız faktlara söykənib bu məqalələri yazmışıq».


«Yeni Müsavat» qəzetinin redaktoru Mustafa Hacıbəyli və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Ağanisə Sultanovanın da iştirak etdiyi söhbətdə cənab Fətullayev dedi ki, onun Ramil Usubovdan üzr istəmək niyyəti yoxdur: «Bilirsiz, söhbət ondan ibarətdir ki, mən nəyi təkzib etməliyəm? Təkzib etməliyəm ki, Hacı Məmmədov olmayıb? Daxili İşlər Nazirliyi Azərbaycanda ictimai asayişi qoruyur? 30 illik sürgün də olsa, mən Ramil Usubovdan üzr istəmərəm...»


DİNLƏYİN!
XS
SM
MD
LG