Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 08:36

Azərbaycanlı fəalın işgəncələr altında əzab çəkdiyi bildirilir


Əli Xodabəxşi
Əli Xodabəxşi

İyunun 8-də həbs olunan və hal-hazırda Mərənd şəhərinin Qırxlar zindanında saxlanan Əli Xodabəxşinin [Elyaz Yekanlı] həyatının təhlükə altında olduğu bildirilir.


Azərbaycanlıların milli və mədəni hüquqları uğrunda fəaliyyət göstərdiyinə görə 1993-cü ildə həbs olunan Xodabəxşi sonralar Türkiyəyə köçmüşdü. 2005-ci ilin sentyabrında BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Türkiyədəki nümayəndəliyi ona sığınacaq vermişdi.


2006-cı ilin əvvəlində ailəsini ziyarət etmək üçün İrana dönən Xodabəxşi may mitinqlərində iştirak etmiş, iyunun 8-də isə həbs edilərək Ettelaatın [Təhlükəsizlik İdarəsinin] Təbrizdəki təcridxanasına salınmışdı.


Nəzarət altında olarkən onun ağır psixoloji və fiziki işgəncələrə məruz qaldığı bildirilir. Hazırda Elyazın işgəncələr nəticəsində eşitmə qabiliyyəti və yaddaşını itirdiyi, eyni zamanda ürək, böyrək və mədə xəstəliyinə düçar olduğu xəbər verilir. Onun ailəsi isə davamlı olaraq Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən təhdid edilir.


XS
SM
MD
LG