Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:31

Şəki İpək Bayramı beynəlxalq festivala çevrilə bilər


«Şəki İpək» Açıq Səhmdar Cəmiyyəti, 1 mart 2006

«Şəki İpək» Açıq Səhmdar Cəmiyyəti, 1 mart 2006

Avqustun 26-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin təşəbbüsü ilə Şəkidə İpək Bayramı keçirilib. Təşkilatçıların məqsədi bu bayramı yaxın gələcəkdə beynəlxalq festivala çevirmək, Azərbaycanın qədim şəhərinə xarici iş adamlarını cəlb etmək və turizmin inkişafına nail olmaqdır.


Şəki rayon icra başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Zərinə Cavadovanın sözlərinə görə, ilk addım uğurlu alınıb. Bugünkü bayrama Türkiyənin, Rusiyanın Azərbaycandakı səfirləri, Avropa və Mərkəzi Asiya ölkələrindən nümayəndələr qatılıblar: «İpək Bayramına ilkin maraq yaxşı oldu. Biz bu təşəbbüsü davam etdirəcəyik».


Şəki orta əsrlərdən istər Şərq, istər Avropa ölkələrində öz ipəyi ilə tanınırdı. 19-cu əsrdə isə Rusiyanın ipək mərkəzlərindən sayılır, Cənubi Qafqazda istehsal olunan ipəyin üçdə ikisi Nuxa qəzasının payına düşürdü. Hazırda bu şəhərdə «Şəki İpək» Açıq Səhmdar Cəmiyyəti fəaliyyət göstərir. 2000-ə yaxın fəhlənin çalışdığı müəssisədə təbii ipək parça və nadir ipək xalça istehsal olunur.


Günün bütün mövzuları

XS
SM
MD
LG