Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:44

«Barmek»in əmlakının əks təhvil – təslim komissiyası yaradılıb


İqtisadi İnkişaf Nazirliyində «Barmek-Azərbaycan Elektrik Şəbəkəsi» Məhdud Məsuliyyətli Cəmiyyətin əmlakının əks təhvil – təslim komissiyası yaradılıb. Bu barədə sərəncamı İqtisadi İnkişaf naziri Heydər Babayev verib. Komissiyanın sədri nazirliyin Proqnozlaşdırma Siyasəti Departamentinin rəis müavini Rüfət Hüseynovdur. «Barmek» bu ilin iyulun 3-də «Bakıelektrikşəbəkə» və «Sumqayıtelektrikşəbəkə»nin idarəolunması ilə bağlı hökumətlə bağladığı müqavilədən imtina edib. Cəmiyyət 5 il idi ki, Bakı, Sumqayıt və şımal rayonlarının elektik şəbəkələrini idarə edirdi.


Günün bütün mövzuları

XS
SM
MD
LG