Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 16:01

Hakimliyə namizədlərin 56 nəfəri də imtahandan uğurla keçib


Hakimliyə namizədlərin imtahanı
Hakimliyə namizədlərin imtahanı

Avqustun 9-da Bakı Dövlət Universitetində imtahan verən hakimliyə namizədlərin hamısı imtahandan uğurla çıxıb. Bu barədə «Azadlıq» radiosuna həmin imtahanda iştirak edən hakimliyə namizəd Abbas Rzayev məlumat verib.


İmtahanda iştirak etmək üçün 1000 nəfər hüquqşünas sənəd versə də, sonuncu imtahana onlardan yalnız 56 nəfəri qala bilmişdi. Cənab Rzayev deyir ki, qaydalara görə, bundan sonra onları daha iki şifahi imtahan gözləyir.


Məhkəmə - Hüquq Şurasından isə «Azadlıq» radiosuna bildiriblər ki, növbəti imtahanın vaxtı yaxın günlərdə elan olunacaq. Ali Məhkəmənin sədri Ramiz Rzayev bu yaxınlarda bildirmişdi ki, ölkə üzrə 323 hakim fəaliyyət göstərir və onların sayının artırılmasına ehtiyac var.


Prezident İlham Əliyevin 17 avqust 2006-cı il tarixdə imzaladığı «Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinin sayının artırılması və məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi haqqında» fərmanla isə hakimlərin sayı 153 vahid artırılıb.



AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG