Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 17:34

Baş redaktorun il yarım şərti azadlıqdan məhrum edilməsi istənildi


Nəsimi Rayon Məhkəməsi
Nəsimi Rayon Məhkəməsi

Avqustun 24-də Nəsimi Rayon Məhkəməsində Daxili İşlər naziri Ramil Usubovun «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğluna qarşı xüsusi ittiham qaydasında iddiasına baxıldı. Hakim Famil Nəsibovun sədrlik etdiyi prosesdə iddiaçı tərəfin vəkili Esmira Hüseynova bildirdi ki, qəzet dərc etdiyi materiala görə, ya təkzib verməli, ya da yazılanları əsaslandırmalıdır. «24 saat» qəzetinin baş redaktoru Fikrət Fərəməzoğlu isə qəzetdə təkzib verməkdən imtina etdi: «Azərbaycanda məhkəmə sisteminin nə vəziyyətdə olduğundan xəbərdaram və sizin çıxaracağınız qərarla razılaşacağam».


Daxili İşlər Nazirliyinin vəkili məhkəmədən cavabdehin bir il altı ay müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etdi. Baş redaktor bununla razılaşmayaraq dedi ki, «mənə şərti azadlıqdan məhrumetmə lazım deyil, ya həbs etsinlər, ya da azadlığa buraxsınlar».


Avqustun 11-də Nəsimi Rayon Məhkəməsi Daxili İşlər Nazirliyinin «24 saat» qəzetinə qarşı iddiası üzrə nəşrin və baş redaktorun ayrı-ayrılıqda 500 yeni manat cərimə olunması haqqında qərar çıxarıb. Nazirliyin iddiasına səbəb «24 saat» qəzetində «Ramil Usubov Azərbaycandan qaçmaq istəyir» başlıqlı məqalənin dərc edilməsi olub. Həmin məqalədə iddia edilib ki, Daxili İşlər naziri Azərbaycanı tərk etmək istəyərkən, onu Gəncə Hava Limanında saxlayaraq geri qaytarıblar.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG