Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:11

İlham Əliyevlə İordaniya kralı ikinci Abdulla Dağlıq Qarabağ və Yaxın Şərq problemlərini müzakirə ediblər


«Dağlıq Qarabağ və yaxın Şərq problemlərinin həllində İordaniya ilə Azərbaycanın mövqeləri oxşardır». Bunu prezident İlham Əliyev avqustun 23-də İordaniya kralı ikinci Abdulla ilə görüşdən sonra keçirilən mətbuat konfransında dedi. Onun sözlərinə görə, Azərbaycanla İordaniyanın siyasi əlaqələri yüksək səviyyədədir. Ölkələr beynəlxalq təşkilatlar çərçivəsində də bir birinə dəstək verirlər. Prezident bildirib ki, tərəflər arasında iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün də ciddi baza mövcuddur.


Kral ikinci Abdulla isə Azərbaycan tərəfinin iqtisadi sahədə əlaqələri inkişaf etdirmək təklifini ciddi qarşıladığını və buna çalışacağını bildirdi. O, Azərbaycanın İordaniyada səfirliyinin açılmasını müsbət dəyərləndirdiyini və bunun təkcə iqtisadi əlaqələrin inkişafına deyil eyni zamanda xalqların yaxınlaşmasına da təsir göstərəcəyini bildirdi.


Sonda kral İkinci Abdulla prezident İlham Əliyevi öz ölkəsinə rəsmi səfərə dəvət etdi. Kral İkinci Abdullanın Bakıya rəsmi səfəri avqustun 24-də başa çatır.


XS
SM
MD
LG