Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 08:11

«Yeni Azərbaycan»: «Maye qazın qiyməti süni şəkildə artırılır»


«Yeni Azərbaycan» qəzetindəki «Maye qazın qiyməti süni şəkildə artırılır» başlıqlı məqalədə bildirilir ki, İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti maye qazın satış şəbəkələrində qiymətlərinin süni şəkildə artırılması ilə əlaqədar növbəti monitorinqlərə başlamaq niyyətindədir. Son dövrlər bu yanacaq məhsulunun qiymətinin pərakəndə satış məntəqələrində bəzi satıcılar tərəfindən təxminən 15-20 faiz artırılması departamenti bu addımı atmağa məcbur edir. Antiinhisar Siyasəti Departamentindən verilən məlumata görə, monitorinqlər paytaxtdakı satış şəbəkələri ilə bərabər regionlardakı maye qazın yanacaqdoldurma məntəqələrində də həyata keçiriləcək.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı yazır ki, son vaxtlar yayılan məlumatlara görə, Qərb dünyası, ABŞ başda olmaqla, Azərbaycanda müxalif qüvvələrin birləşdirilməsinə çalışır. Bu birləşdirmə fonunda ilkin olaraq, «Azadlıq» bloku və Müsavat Partiyasının yenidən bir araya gətirilməsinin əsas missiya kimi irəli sürüldüyü bildirilir. Hətta bir sıra məlumatlara görə, Vaşinqtonun Azərbaycan müxalifətini birləşdirmək istəyi bu ölkənin diplomatları tərəfindən Müsavat və «Azadlıq» blokuna çatdırılıb. Düzdür, sözügedən tərəflər bununla bağlı onlara amerikalı diplomatlar tərəfindən hər hansı istəyin və mesajın çatdırılmadığını bildirirlər. Lakin yayılan məlumatlarda o da göstərilir ki, ABŞ Qərbyönlü müxalifəti Rusiyada, eləcə də Azərbaycanın özündə rezonans doğurmayacaq bir şəkildə birləşdirmək istədiyindən, bu proses olduqca sakit və məxfi şəkildə həyata keçirilir.


«525-ci qəzet» in əməkdaşı xəbər verir ki, Ame­ri­ka­nın er­mə­ni di­as­po­ru da­xi­lin­də və Er­mə­nis­ta­nın özün­də Va­şinq­to­nun bu öl­kə­yə tə­yin et­di­yi ye­ni dip­lo­ma­tik el­çi­si Ri­çard Hoq­lan­dın adı ət­ra­fın­da eti­raz kam­pa­ni­ya­sı bu gün­lər kri­tik həd­də ça­tıb. Sə­fir Hoq­lan­dın bəzi se­na­tor­la­rın qə­zə­bi­nə tuş gəl­mə­si­nə sə­bəb onun «er­mə­ni soy­qı­rı­mı» mə­sə­lə­si­nə mü­na­si­bət­də er­mə­ni lob­bi­si­ni qa­ne et­mə­yə­cək möv­qe tut­ma­sı­dır. «Er­mə­ni soy­qı­rı­mı»nı ta­nı­maq­dan im­ti­na edən dip­lo­ma­tın Ye­re­van­da fəa­liy­yət gös­tər­mə­si­nə im­kan ver­mə­yə­cək­lə­ri­ni id­dia edən er­mə­ni mil­lət­çi təş­ki­lat­la­rı Hoq­lan­da qar­şı qa­ra­la­ma kam­pa­ni­ya­sı­na start ve­rib­lər. Hət­ta bə­zi er­mə­ni mil­lət­çi­lə­ri ABŞ dip­lo­ma­tı­nın gu­ya sek­su­al az­lıq nü­ma­yən­də­si ol­du­ğu­nu id­dia edir­lər. Kon­kret ola­raq «Er­mə­ni Ari Or­de­ni» ad­lı təş­ki­lat dü­nən bu ba­rə­də bə­ya­nat ya­yıb.


«Xalq Cəbhəsi» qəzetinin əməkdaşı yazır ki, son vaxtlar «siyasi islam», «müsəlman demokrat hərəkatı» kimi məsələlərlə dinin siyasiləşdirilməsi istiqamətində müəyyən cəhdlər özünü göstərir. Əgər islamın missiyasında bəşəriyyətin kamilləşdirilməsi fəlsəfəsi dayanırsa, onun siyasiləşdirilməsində məqsəd nə ola bilər? Müəllif bu məsələylə bağlı müxtəlif rəyləri öyrənməyə çalışıb. Qafqaz Müsəlmanları İdarəsinin mətbuat katibi Hacı Akif Ağayev dinin siyasətlə qarışdırılmasını qəbuledilməz hesab etdiyini bildirib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aqil Hacıyev isə qeyd edib ki, Azərbaycanda dinin siyasiləşdirilməsi mümkünsüzdür. Ölkə qanunvericiliyinə görə, dinlə məşğul olan şəxsin siyasi fəaliyyət göstərməsi qadağandır. Milli QHT Forumunun icraçı direktoru Fərasət Qurbanov isə hesab edir ki, bəzi «demokratiya» təmsilçiləri məhz dini amillərdən istifadə etməklə milli, dini ədavəti qızışdırmağa çalışırlar.


XS
SM
MD
LG