Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:03

Beynəlxalq qrup Azərbaycanda radioaktiv maddələrin axtarışına başladı


Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, ABŞ-ın Energetika Nazirliyi və Azərbaycan hökumətinin yaratdığı birgə ekspedisiya qrupu avqustun 21-dən itkin və sahibsiz radioaktiv mənbələrin tapılıb zərərsizləşdirilməsinə başlayıb. Axtarışda iştirak edən Milli Elmlər Akademiyası Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribovun sözlərinə görə, onlar radioaktiv tullantıları keçmiş Sovetlər Birliyindən qalma hərbi hissələr və onların ətrafında, kimyəvi zavodlarda, şəhər zibilxanalarında və onkoloji xəstəxanaların ərazisində axtaracaqlar. Cənab Qəribov deyir ki, onlar hərbidə, təbabətdə, istehsalatda xüsusi məqsədlər üçün istifadə edilən və insan həyatına, ətraf mühitə təhlükəli olan bu maddələrin terrorçuların və işbazların əlinə keçməsindən narahatdırlar: «Qorxuludur ki, kimsə bu radioaktiv tullantıları tapa bilər. Ondan terror və ya başqa məqsədlər üçün istifadə edə bilərlər».


Adil Qəribov bildirir ki, müxtəlif vaxtlarda Azərbaycanda insanların yaşadığı ərazilərin yaxınlığında radioaktiv maddələr basdırılıb və onun qeydiyyatı aparılmayıb. Həmin maddələrsə özbaşına parçalanaraq çox yüksək enerjili yeni elementlərə çevrilirlər ki, bu da insan sağlımlığına təhlükəlidir.


Axtarışların 2007-ci ilədək davam edəcəyi gözlənilir. Bunun üçün ABŞ-dan 220 min dollar dəyərində avadanlıq gətirilib. Hələlik Fövqəladə Hallar Nazirliyi, Milli Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının apardığı axtarışa sentyabrın ortalarından amerikalı mütəxəssislər də qoşulacaq.


XS
SM
MD
LG