Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:44

Beş nəfər Avropada bakalavr təhsili alacaq


Ali məktəblərə birinici qrup üzrə qəbul imtahanlarında 600-dən yuxarı bal toplayan abituryentlər Avropa ölkələrində bakalvr təhsili almaq üçün avqustun 23-dən 27-nə qədər ərizələrini Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına (TQDK) təqdim edə bilərlər. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadənin sözlərinə görə, müsabiqədə yalnız neft-qaz çıxarma ixtisasını seçən abituryentlər iştirak edə bilərlər. Müsabiqə şərtlərinə görə, namizəd təkcə xarici dili yox, həm də Azərbaycan dilini mükəmməl bilməlidir. Cənab Nağızadə deyir ki, seçilən beş nəfər 1 il müddətində ixtisas sahəsi üzrə ingilis dilindən hazırlıq kursu keçəcək. Onların təhsilini Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) maliyyələşdirəcək.


ARDNŞ-in hesabına beynəlxalq münasibətlər və neft-qaz cıxarma sahəsi üzrə iyulun 23-də kecirilən magistratura imtahanında 80-dən cox bal toplayan 20 nəfər isə Avropa olkələrinin ali məktəblərində magistr təhsili almaga göndəriləcək. Şirkətdən verilən məlumata görə, hər bir tələbənin bir illik magistr təhsili üçün 30-50 min dollar arası xərc çəkilməsi nəzərdə tutulur.




Günün bütün mövzuları

XS
SM
MD
LG