Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 01:54

14 mindən çox obyekt 1 milyon 400 min yeni manata yaxın cərimə edilib


Vergilər Nazirliyindən deyirlər ki, kassa aparatlarından istifadəyə nəzarət kampaniya xarakterli deyil, davamlı olacaq

Vergilər Nazirliyindən deyirlər ki, kassa aparatlarından istifadəyə nəzarət kampaniya xarakterli deyil, davamlı olacaq

Vergilər Nazirliyi (VN) Bakıda kassa aparatlarından istifadəyə nəzarəti gücləndirəndən bəri 14 800-ə yaxın ticarət obyektində qanun pozuntusu aşkar etdiyini bildirir. Nazirliyin məlumatına görə, həmin ticarət obyektləri ümumilikdə 1 milyon 400 min yeni manata yaxın cərimə edilib. VN-in mətbuat katibi Fariz Səmədov «Azadlıq» radiosuna bildirir ki, kassa aparatlarından istifadəyə nəzarət kampaniya xarakterli deyil, davamlı olacaq: «Kassa aparatından istifadə dövriyyənin müəyyənləşməsi deməkdir. Təxminən Bakıda 350-400 nəfər vergi işcisi bu işə cəlb olunub. Oxşar tədbirlər Azərbaycanın başqa bölgələrində də aparılır».


Amma rayonlarda kassa aparatlarından istifadəyə nəzarət paytaxtda olduğu kimi, gücləndirilmiş rejimdə aparılmır, səbəb isə odur ki, bunu etmək üçün nazirliyin kifayət qədər işçiləri yoxdur. Cənab Səmədov deyir ki, bununla belə, imkan daxilində regionlarda da nağd hesablaşmaların qeydiyyatdan kecməsinə nəzarət edilir.


VN Bakıda kassa aparatlarından istifadəyə, vurulmuş kassa ceklərinin alıcıya verilməsinə gücləndirilmiş nəzarətə bir aydır ki, başlayıb. Məqsəd obyektlərdə dövriyyəni dəqiq müəyyən etmək, vergidən yayınmanın qarşısını almaqdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG