Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:05

Ədliyyə Nazirliyi Səid Nurinin müalicəsi ilə bağlı müraciəti məhkəməyə göndərdi


Ədliyyə Nazirliyi «Yeni Fikir» Gənclər Təşkilatının (GT) sədr müavini Səid Nurinin valideynlərinin müraciətini araşdırılmaq üçün Apellyasiya Məhkəməsinə göndərib. Valideynləri nazirlikdən məhkəmənin hökmü ilə beş il şərti azadlıqdan məhrumetmə ilə cəzalandırılmış cənab Nurinin müalicə üçün xaricdə getməsinə icazə verilməsini xahiş etmişdilər.


Səid Nurinin vəkili Elçin Qəmbərovun qənaətincə, nazirlik bu haqda özü məhkəmə araşdırması olmadan da qərar verə bilərdi.


«Yeni Fikir» GT-nin sədri Ruslan Bəşirli, onun müavini Ramin Tağıyev hakimiyyəti zorla ələ keçirməyə cəhddə ittiham olunaraq 4 ildən 7 ilədək müddətə azadlıqdan məhrum ediliblər. Məhkəmə Səid Nurinin səhhətindəki problemləri nəzərə alaraq ona beş il şərti cəza kəsib. O, talassemiya xəstəliyindən əziyyət çəkir.


XS
SM
MD
LG