Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:39

«Çerkizov» bazarındakı partlayışda iki azərbaycanlı yaralanıb


Son altı ildə «Çerkizov» bazarı dörd dəfə yandırılıb

Son altı ildə «Çerkizov» bazarı dörd dəfə yandırılıb

Avqustun 21-də Moskvanın «Çerkizov» bazarında səhər saatlarında baş vermiş partlayışda həlak olanlar arasında azərbaycanlıların olması hələlik məlum deyil. Rusiya hüquq-mühafizə orqanları hadisənin rəqabət zəminində baş verdiyini güman edirlər. Bununla belə, onlar terror aktını da istisna etmirlər. Hadisə zamanı 10 nəfərin həlak olduğu, 39 nəfərin isə yaralandığı bildirilir. Ölənlər arasında iki azyaşlı uşaq da var.


Azərbaycanın Rusiyadakı səfirinin müşaviri Baxış Zeynalovun sözlərinə görə, ölənlər arasında azərbaycanlıların olması ehtimalı azdır: «Partlayış olan yerdə əsasən çinlilər və vyetnamlılar işləyir. Düzdü, partlayışın bir ucu yeməkxananı da tutub. Araşdırırıq. Meyitləri xəstəxanaya aparıblar. İşçilərimiz həmin xəstəxanalarla əlaqə saxlayırlar».


Cənab Zeynalov deyir ki, araşdırma zamanı iki Azərbaycan vətəndaşının xəsarət aldığı məlum olub. Onlardan birinin yarası yüngül olduğundan xəstəxanaya yerləşdirilməyib. Başından xəsarət almış ikinci yaralının isə xəstəxanada olduğu deyilir və Azərbaycanın Rusiyadakı səfirliyinin əməkdaşları onun kimliyini araşdırırlar.


«Çerkizov» bazarının sahibi də Azərbaycan vətəndaşı Tahir İsmayılovdur. Son altı ildə bu bazar dörd dəfə yandırılıb.


Günün bütün mövzuları

XS
SM
MD
LG