Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 03:58

YADDAŞ


Kimdir Xan Şuşinski?


Azərbaycan muğam sənətinin korifeyi Xan Şuşinski 1901-ci ilin avqustun 20-də dünyaya göz açıb. Xan təvazökar, sadə sənətkar olub. Sirlərini dostları, həmyaşıdları ilə bölüşüb. Yoldaşlıqda, dostluqda sadiq olan Xan Şuşinski ailədə də qayğıkeş, mehriban idi. Azərbaycan musiqi tarixinin əvəzolunmaz korifeyi Xan Şuşinskinin səsinin yadigarı kimi cəmisi 240 dəqiqəlik lent yazısı qalıb.



Xan səsinin sirri
Cabbar Qaryağdıoğlunun: "Səsin sənə qulaq asmadı, - oxuma, zökəm oldun, - oxuma, yorğun oldun, - oxuma. Bakının dəli havasından özünü qoru. Küləkli havada bayıra çıxma, istidən tərləsən belə, soyuq su içmə", - sözlərini ömrü boyu unutmayan Xanın səsi həmişə yerində olub. Yaşının ən ahıl çağlarında belə, o, səs imkanlarını qoruya bilib. Səsini istədiyi kimi dəyişməkdə, zəngulə vurmaqda bir çox tanınmış xanəndələrin diqqət mərkəzində durub. Xan Şuşinskinin ifa etdiyi muğamlarda heç vaxt eynilik hiss edilməyib. Daim muğamların ruhuna uyğun qəzəllər seçib.


İlk dəfə Xanın ifasında


Simfonik orkestrin müşayiətilə ilk dəfə simfonik muğamlarda solo hissəni Xan oxuyub. Musiqi tariximizdə ilk duet də böyük sənətkarın adı ilə bağlıdır. Azərbaycan musiqi tarixində ilk duet Şövkət xanım Ələkbərova ilə Xan Şuşinskinin ifasında səslənib. Xan Şuşinski Üzeyir Hacıbəyovdan başqa heç bir bəstəkarın yaradıcılığına müraciət etməyib. Deyilənə görə, Üzeyir Hacıbəyov Xan Şuşinskinin ifasında mahnılarını dinləməkdən xüsusi zövq alırmış. Xüsusən də, "Qaragöz" mahnısını. 1926-cı ildə bəstələnən bu mahnının ilk ifaçısı da elə Xan Şuşinski olub.




XS
SM
MD
LG