Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 10:42

Radioaktiv maddələrin axtarışına və qeydiyyatına başlanacaq


Yaxın vaxtlarda Azərbaycanda radioaktiv maddələrin axtarışına başlanacaq

Yaxın vaxtlarda Azərbaycanda radioaktiv maddələrin axtarışına başlanacaq

Yaxın vaxtlarda Azərbaycanda radioaktiv maddələrin axtarışına başlanacaq. Radiasiya Problemləri İnstitutunda Ekologiya Nazirliyi, Milli Elmlər Akademiyası və Fövqəladə Hallar Nazirliyinin «İzotop» müəssisəsinin mütəxəssisləri avqustun 21-də keçirdikləri toplantıda elə bu məsələləri müzakirə edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühitin Monitorinqi Departamentinin direktoru Lahuti Əliyevin «Azadlıq» radiosuna verdiyi məlumata görə, radioaktiv maddələrin axtarışına haradan başlanacağı da bugünkü müzakirələrindən sonra məlum olacaq.


Mütəxəssislərin dediyinə görə, ola bilər ki, radioaktiv maddələrin axtarışına əvvəlcə Səhiyyə Nazirliyinə aid müəssisələrdən başlanılsın. Çünki onkoloji xəstəliklər üzrə ixtisaslaşan tibb müəssisələrində, diaqnostika mərkəzlərində bir sıra avadanlıqlar radioaktiv maddələrlə işləyir.


Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun dediyinə görə, sovet dövründə əksər elmi tədqiqat institutlarında, səhiyyədə radioaktiv maddələrə uyğun elementlərdən istifadə edilirdi və buna ciddi nəzarət var idi. Həmin maddələrdən indi də istifadə edildiyini deyən Telman Zeynalova görə, hazırda bu məsələyə nəzarət edən bir qurum olmadığından indi həmin maddələrin qeydiyyatını aparmaq lazımdır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin radiasiya məsələləri üzrə eksperti Elmixan Cəfərov isə deyir ki, onda olan məlumatlara görə, xarici mütəxəssislərin də cəlb olunduğu bu proqramda radioaktiv maddələrin qeydiyyatı aparılacaq. Elmixan Cəfərov onu da bildirir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri yaşayış yerlərinə yaxın zibilxanalardan bir neçə dəfə belə maddələri tapıblar: «Sovet qoşunları Azərbaycanda çıxanda onlar ordudakı belə maddələri hara gəldi atıb gediblər, biz bir neçə dəfə təsadüf nəticəsində zibilliklərdən radioaktiv tullantıları tapmışıq».


Elə bu səbəbdən də Elmixan Cəfərov hesab edir ki, Azərbaycanda radioaktiv maddələrin axtarılmasından söhbət gedirsə tibbi müəssisələrilə yanaşı, həmin maddələr ilk növbədə sovet dövründən qalan hərbi hissələrin ərazilərində axtarılmalıdır.


Günün bütün mövzuları

XS
SM
MD
LG