Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:50

«Azərbaycanda islam idxal olunmuş islamdır»


Tarixçi alim Altay Göyüşovla söhbət, 20 avqust 2006

Tarixçi alim Altay Göyüşovla söhbət, 20 avqust 2006

Milli Məclisin İnsan hüquqları komissiyası «Dini Etiqad Azadlığı haqqında» qanuna düzəlişlər etmək istəyir. Parlamentin bəzi üzvləri hesab edirlər ki, islam təmayüllü partiyaların siyasətdə iştirakına yol verilməməlidir, çünki onlar dini siyasiləşdirmək istəyirlər.

Ölkədə islam təmayüllü qüvvələrin fəallaşmasını hazırda siyasi müxalifətin çox zəif olması ilə izah edənlər də var. Bu fikrin tərəfdarları düşünürlər ki, müxalifətin bu cür zəifliyi davam edərsə, onların yerini islamçı qüvvələr tuta bilər, çünki ölkədə müəyyən narazı kütlə var.


«Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə tarix elmləri namizədi Altay Göyüşov qeyd etdi ki, müxalifətin zəifliyindən və ya güclüyündən asılı olmayaraq, islam bir siyasi düşüncə kimi əvvəl-axır Azərbaycan mühitinə gəlib-çıxmalıdır: «Elə bir müsəlman ölkəsi yoxdur ki, orada islam siyasi bir məfkurə kimi mövcud olmasın. Sadəcə, bu islam ideologiyasının nə şəkildə mövcud olması və bunun dövlətin dünyəvi quruluşuna təhlükə törədib-törətməməsi olduqca vacib məsələdir... Baxın Misirə, İraqa, ya da Livana, hər yerdə bir hakimiyyət var, bir də ona alternativ olan islami qüvvələr. Bunun qarşısını almaq istəyən müsəlman ölkəsi Türkiyə olub. Müxtəlif vasitələrdən istifadə olunub, amma sonradan məlum oldu ki, bunun qarşısını tamamilə almaq, siyasi həyatdan uzaqlaşdırmaq mümkün deyil».


«Yeni Müsavat» qəzetinin redaktoru Mustafa Hacıbəyli və «Yeni Azərbaycan» qəzetinin əməkdaşı Ağanisə Sultanovanın da iştirak etdiyi söhbətdə Altay Göyüşov bildirdi ki, 1920-ci ildə Sovet hakimiyyətinin qurulması ilə Azərbaycanda dini ənənə qırılıb. Odur ki, indi Azərbaycanda mövcud olan islam dəyərləri idxal olunmuş dəyərlərdir: «İndi Azərbaycanda mövcud olan islam öz islamımız deyil, idxal olunmuş islamdır. Bu islamın ən problemli cəhəti nədən ibarətdir? İstənilən islam ölkəsinə baxsanız, orada mövcud olan dini dünyagörüşü ilə dövlət mənafeləri arasında bir harmoniya var. İslam eyni zamanda bir növ həmin dövlətin mənafeyinin ifadəçisidir. Tutaq ki, bura biri gəlib islam öyrədir, bəlkə də onun başqa niyyəti yoxdur, doğrudan da, islamı öyrətmək istəyir. Amma istər-istəməz onun ölkəsində mövcud olan islam bilavasitə onun dövlətinin mənafeyinin təmsilçisi olduğu üçün nə yaranır? Bir azərbaycanlı tutaq ki, bir türkün, ərəbin və ya farsın əlindən islam öyrənir. Nə olur? Müəyyən müddətdən sonra həmin adamla söhbət edəndə görəcəksiniz ki, bu adam Azərbaycan dövlətinə yox, o dövlətə bağlıdır».


DİNLƏYİN!


XS
SM
MD
LG