Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:14

Bir neçə rayona qaz verilməsi bərpa ediləcək


«Azəriqaz» Səhmdar Cəmiyyəti (SC) Samux, Xanlar, Gədəbəy və Ağstafa rayonlarına qaz verilməsini bərpa etmək qərarına gəlib. Cəmiyyətin rəhbəri Əlixan Məlikov bildirib ki, sözügedən rayonların icra hakimiyyətlərinin başçıları yaxın on gündə qazpulunun 100 faiz yığılacağı ilə bağlı zəmanət məktubu göndərəcəklər. Əgər icra başçıları vədlərinə əməl etməsələr, avqustun sonunda həmin rayonlara qaz verilməsi yenidən dayandırılacaq.


Avqustun 5-də «Azəriqaz» SC qazpulunun az ödənməsinə görə, 26 rayon və şəhərə təbii qaz verilməsini dayandırmışdı. İndiyə qədər yerli icra hakimiyyətləri zəmanət məktubu təqdim etmədikləri üçün 10-dan artıq rayon qazsız qalmaqdadır.


Günün bütün mövzuları

XS
SM
MD
LG