Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:48

«Mərkəz»: «Mazut yarımadası»


«Bakı-Xəbər» qəzetinin əməkdaşı iddia edir ki, rəsmi Moskva in­di­ki Aərbaycan ha­ki­miy­yə­tinin al­ter­na­ti­vi­nin də mey­da­na çı­xa bi­lə­cə­yi­nin qa­çıl­maz ol­du­ğu­nu yax­şı ba­şa dü­şür və bu pro­se­sə mü­əy­yən mə­na­da ha­zır­lıq iş­lə­ri də gö­rür. Elə bu sə­bəb­dən­dir ki, Ru­si­ya­nın Azər­bay­can­da­kı ye­ni sə­fi­ri Va­si­li İstra­tov 2008-ci il­də ke­çi­ri­lə­cək pre­zi­dent seç­ki­lə­rin­də İl­ham Əli­ye­və al­ter­na­tiv na­mi­zəd­lə­rin kim­lər ola bi­lə­cə­yi ba­rə­də, be­lə de­mək müm­kün­sə, kəş­fiy­yat iş­lə­ri­nə baş­la­yıb. Müəllifin yazdığına görə, Ru­si­ya si­ya­si da­i­rə­lə­ri­nin fik­rin­cə, əgər Azər­bay­can­da nor­mal de­mok­ra­tik seç­ki­lər ke­çi­ril­mə­sə, möv­cud ha­ki­miy­yət da­xi­lin­də pre­zi­dentlik id­di­a­sı­na dü­şən hər han­sı bir şəx­sin 2008-ci il­də sürpriz ya­ra­da­ca­ğı is­tis­na olun­mur. Bu sürpri­zin isə ən müx­tə­lif yol­la, hət­ta ha­ki­miy­yət­da­xi­li qrup­laş­ma­la­rın zid­diy­yə­ti nə­ti­cə­sin­də mey­da­na gə­lə bi­lə­cə­yi eh­ti­mal edi­lir. Bü­tün bun­la­ra gö­rə də, cənab İstra­to­vun tez­lik­lə Azər­bay­ca­nın rəs­mi şəxslə­ri, o cüm­lə­dən na­zir­lər­lə gö­rü­şə baş­la­ya­ca­ğı göz­lə­ni­lir.


«Yeni Azərbaycan» qəzetinin əməkdaşı ixracın və idxalın daha sadə üsullarla həyata keçirilməsinə, xarici ticarətin həcminin artmasına, valyuta ehtiyatlarının və iş yerlərinin çoxalmasına gətirib çıxaran azad iqtisadi zonaların Azərbaycanda yaradılmaması səbəblərini araşdırıb. Müəllif yazır ki, azad iqtisadi zonalarda xüsusi gömrük və vergi rejimini tətbiq etmək üçün qanunvericiliyə əlavə və dəyişikliklərin edilməsi vacibdir. Ekspertlərin dediyinə görə, zonaların formalaşdırılmasında ən böyük çətinliklərdən biri də hələlik milli iqtisadiyyatın kifayət qədər rəqabət qabiliyyətinə malik olmamasıdır. Çünki bazarda Azərbaycan iqtisadiyyatında ixracat baxımından ixtisaslaşmış, sənaye təyinatlı məhsulların istehsalı yoxdur. Bu da həmin zonaların formalaşdırılması və genişləndirilməsi baxımından bəzi problemlər yaradır. Eyni zamanda, ekspertlər bu fikri də vurğulayırlar ki, azad iqtisadi zonaların yaradılması ümumilikdə regionun inkişafına səbəb ola, mövcud problemləri aradan qaldıra bilər.


«Xalq Cəbhəsi» qəzetinin əməkdaşı xəbər verir ki, sentyabrın 10-da İran Azərbaycanının şəhərlərində etiraz aksiyaları keçiriləcək. Bu barədə qərarı hərəkatçılar qəbul edib və tələbələr aksiyaya dəstək verəcəklərini bildiriblər. Mitinqlərə çağırış müraciətində bildirilir ki, Azərbaycan milli hərəkatı may ayında keçirilən etiraz aksiyaları zamanı hökumətin zorakılığına məruz qalıb. Ancaq millət öz hüquqlarını əldə etmək uğrunda mübarizədən geri çəkilmək niyyətində deyil. Hərəkatçılar bütün məktəblilər, tələbələr, müəllim və valideynləri dərs ilinin ilk günündə «Ana dilində təhsil!» tələbilə aksiyalarda iştirak etməyə çağırıb.


«Mərkəz» qəzetindəki «Mazut yarımadası» başlıqlı məqalədə bildirilir ki, Abşeronda ətraf mühitin aşırı çirkləndiyi, təbiət və insanın ekoloji partlayış təhlükəsiylə üz-üzə qaldığı bir məqamda, bu partlayışa «dur» deyən bir kimsə gözə dəymir. 4 milyonluq Bakı ətraf yaşayış məntəqələri ilə bərabər kanalizasiyaları Xəzərə və yaxınlıqdakı göllərə axıdır, məişət tullantıları sistemsiz şəkildə bir yerdən başqa yerə daşınır. Paytaxt getdikcə böyüyür. Deməli, çirkab «istehsalı» da artmaqda, göllər böyüməkdə, üfunət, xəstəlik mənbələri güclənməkdədir. Təhlükəni az-çox duyanlar imdad uman nəzərlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyinə yönəldib. Nazirliyin İri Çirkləndirici Obyektlərə Ekoloyi Nəzarət Sektorunun müdiri Mirsalam Qəmbərov isə problemin həllinin onun təmsil etdiyi qurumdan bütünlüklə asılı olmadığını deyir. O, hesab edir ki, çirkli ərazilərin təmizlənməsi barədə təklif ilk növbədə onun sahibindən gəlməlidir.


XS
SM
MD
LG