Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:43

«Todini» şirkəti tətilçi fəhlələrin əmək haqqını verməyə başladı


Hacıqabul-Kürdəmir yolunun yenidən qurulmasıyla məşğul olan İtaliyanın «Todini» şirkəti avqustun 14-də tətil etmiş işçilərinin pulunu ödəməyə başlayıb. 100-dən artıq fəhlə birgünlük tətil edərək əlavə iş saatlarına görə əməkhaqlarının verilməməsinə etiraz edirdilər. Avqustun 18-də fəhlələrdən biri – Zakir Səttarov «Azadlıq» radiosuna verdiyi müsahibədə deyib ki, şirkət əlavə iş saatlarına görə əməkhaqqını ödəməyə başlayıb, amma tam yox: «Əmək müqaviləsinə görə bizim iş vaxtımız gündə 7 saatdır. Amma bizə 10 saatdan əlavə işlədiyimiz saatların pulunu verirlər». Zakir Səttarov deyir ki, onlar bunu da bir irəliləyiş sayırlar və haqqı ödənilməyən üç saatlarıyla bağlı tələblərinin yerinə yetirilməsi üçün dövlət orqanlarına şikayət edəcəklər.


«Todini» şirkətinin Azərbaycan nümayəndəliyindən isə əməkhaqlarının qaydasınca ödəndiyini və artıq fəhlələrlə heç bir problem qalmadığını bildirdilər.


Hacıqabul-Kürdəmir yolu Beynəlxalq İpək yolu layihəsinə daxildir. Layihəni Avropa Yenidənqurma və İnkişaf Bankı maliyyələşdirir, İtaliyanın «Todini» şirkəti icra edir.


Günün bütün mövzuları

XS
SM
MD
LG