Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:49

Sakit Zahidovun məhkəmə prosesi avqustun 29-na təyin edildi


Sakit Zahidovun məhkəmə prosesi yarım saat çəkib

Sakit Zahidovun məhkəmə prosesi yarım saat çəkib

Avqustun 18-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə «Azadlıq» qəzetinin əməkdaşı, satirik-jurnalist Sakit Zahidovun (Mirzə Sakitin) məhkəmə prosesinə hazırlıq iclası keçirilib. Hakim Azər Orucovun sədrliyi ilə keçən proses yarım saata qədər davam edib. Növbəti məhkəmə iclası avqustun 29-na təyin edilib.


«Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidov jurnalistlərə məhkəmənin bir sıra müraciətləri nəzər almadığını deyib. Cənab Zahidov hakimdən prosesə ictimai marağı nəzərə alaraq, məhkəmə iclasının böyük zalda keçirilməsini, həmçinin audio və video yazılışına icazə verilməsini xahiş etsə də, bu, qəbul olunmayıb.


Sakit Zahidovun istintaqı iyulun 24-də başa çatıb. Hüquq-mühafizə orqanlarının məlumatına görə, Sakit Zahidov saxlanarkən üzərində 10 qram heroin tapılıb. Bu ittiham sübut olunarsa, onu 12 ilədək həbs gözləyə bilər. Bir çox beynəlxalq və yerli hüquq müdafiə təşkilatları jurnalistin siyasi motivlərə həbs olunduğunu bildirmiş və bundan narahatlıqlarını ifadə etmişlər.


Günün bütün mövzuları

XS
SM
MD
LG