Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:11

BMT Azərbaycanla «böyük qayıdış» planını müzakirə edir


«Böyük qayıdış» planını reallaşdırmaq üçün 50-60 milyard dollar tələb olunur
«Böyük qayıdış» planını reallaşdırmaq üçün 50-60 milyard dollar tələb olunur

«Qaçqınların öz yurdlarına qayıtmasına rəhbərlik və aparıcı rol hökumətə məxsusdur. Amma BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da Azərbaycan hökumətinə bu yöndə hər cür dəstək verməyə hazırdır». Bunu Azərbaycanda səfərdə olan BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş söylədi: «Böyük qayıdış planı ilə bağlı BMT Azərbaycan hökuməti ilə müzakirələr aparır. Amma bu qayıdışın uğurlu olması üçün mühüm amil siyasi amildir. Biz bu prosesə müdaxilə edə bilmirik, amma ümidvaram ki, həll variantı tezliklə tapılacaq».


Qaçqınlar və Məcburi Köçkünlərlə iş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov isə böyük qayıdış planını hökumətin təkbaşına yox, beynəlxalq qurumlarla birgə reallaşdıracağını deyir. Onun sözlərinə görə, bu plan üçün 50-60 milyard dollar tələb olunur. Buna görə də həmin plan beynəlxalq qurumların dəstəyilə müzakirə olunur.


Cənab Quterreş isə hesab edir ki, Azərbaycandakı qaçqınlara təmsil etdiyi qurumun yardımı cüzi xarakter daşıyır. Çünki bu sahədə ən böyük işləri hökumət görür. Cənab Quterreşin bölgəyə bu dəfəki səfəri tanışlıq xarakteri daşıyır. O Azərbaycandan Gürcüstana və daha sonra Ermənistana gedəcək.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG